Universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt Dövlət Texniki Kollecin müəllim kollektivini qəbul edib, yeni tədris ili əlaqədar öz tapşırıqlarını verdi. Bildirdi ki, bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Bu baxımından da kollecin səviyyəsinin qaldırılması üçün mühüm addımlar atmalı, həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində xeyli işlər görməliyik.
Görüşdə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Piriquliyeva tədris prosesinin vəziyyəti, əmək nizam-intizamı, kollecin maddi-texniki bazası, elmi-pedaqoji kadr potensialı, keçirilən ictimai-mədəni tədbirlər haqqında və 2016/2017-ci tədris ilinə hazırlıqla bağlı hesabat verdi.
Sonra yeni tədris ilə bağlı qarşıda duran məsələlər müzakirə olundu.
Görüşün sonunda Mətanət xanım Piriquliyeva rektor professor Elxan Hüseynova kollecdə görülən işlərə və yaradılan şəraitə görə dərin təşəkkürünü bildirdi.
Mətbuat xidməti