Bu gün universitetin rektoru professor Elxan Hüseynovun və struktur rəhbərlərinin iştirakı ilə“Elektron universitet” layihəsinin ilkin təqdimatı keçirildi.
Təqdimatın keçirilməsində əsas məqsəd resursların (ədəbiyyatın) mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təhsil proseslərinin idarə edilməsi, elektron jurnalın, elektron məqbul vərəqələrinin, hesabatların hazırlanması, əməkdaşların şəxsi kartlarının idarə edilməsi və s. imkanları təqdim etməkdən ibarətdir. Sistem universitetdə tədris prosesləri tam əhatə edəcəkdir. Dərs cədvəllərinin qurulmasından başlayaraq bütün müəllimlərə aid olan planları (Mövzu-təqvim planı, gündəlik plan, fərdi plan) tələbələrin tam elektron formada qiymətləndirilməsini və yekun qiymətlərin çıxarılmasını təmin edir. Tələbələr internetə çıxışı olan istənilən cihazdan öz şəxsi şifrəsi və istifadəçi adı ilə öz qiymətlərini izləyə bilərlər.
Təqdimatda “Elektron universitet” layihəsinin Azərbaycanda təhsilin daha da inkişaf etməsində faydalı olacağı qeyd olundu.
Mətbuat xidməti