Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nitq mədəniyyəti ilə bağlı yeni dərslik
Yerləşdirilmə tarixi : 21 Sentyabr 2016 13:52
Nitq mədəniyyəti ilə bağlı yeni dərslik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Azərbaycan dilinin qloballaşması şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı adlı Sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 18 iyul 2013-cü il 746 nömrəli Fəaliyyət planı təsdiq olunmuşdur. Sərəncama və fəaliyyət planına əsasən Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən ali təhsil pilləsinin Dövlət standartına uyğun olaraq bu fənn”Azərbaycan dili və nitq mədəniyyəti “ adı ilə təhsil proqramına salınmışdır. Bu ehtiyacı nəzərə alaraq SDU-nun Filologiya fakültəsi Elmi Şurasının 6 may 2016-cı il tarixli iclasının qərarına əsasən  Folklorşünaslıq və elmi tədqiqat laboratoriyasının müdiri professor Aslan Bayramov və  Azərbaycan dili və dilçilik kafedrasının müdiri dosent Əzəmət Rüstəmovun birgə  Azərbaycan dili  və nitq mədəniyyəti  adlı yeni dərsliyi çap olunmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az