Universitetin  fəaliyyətinin son bir ilinə nəzər salsaq görərik ki, bu il ərzində ürəkaçan  yeniliklər baş verib. Bu yeniliklərin kökündə isə elmə, təhsilə göstərilən  dövlət qayğısı durur. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən  möhtərəm Prezidentimiz İlham Əliyevin son 10 ildə elmin, təhsilin mövcud  problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər  SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan  vermişdir.
  Son bir ildə  Sumqayıt Dövlət Universitetində baş verən yeniliklər, tələbə auditoriyaları  yenilənmiş, proyektorlar və ağıllı lövhələrin qurulmuş, Avropa təhsil sistemi  səviyyəsində müasir texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalar  yaradılmışdır. Tələbələrin nəzəri biliklərini müəssisələrdə keçməsi üçün bir  çox institutlarımızda təhsil elmi istehsalat çərçivəsində elmi əməkdaşlıq  genişləndirilmişdir.
  Əmək bazarı  öyrənilməklə universitetdə pedaqoji və mühəndis kadrları hazırlayan yeni  ixtisaslar da yaradılmışdır. Tələbələrin bilik səviyyəsinin, tədrisin stimulunu  artırmaq məqsədilə tələbələrlə qarşılıqlı iş qurulmuş, Tələbə Elmi Cəmiyyətinin  fəaliyyətinə xüsusi diqqət və qayğı göstərilmişdir.
  Pedaqoji kadr  hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması və  gələcək müəllimlərin də bu səviyyədə yetişməsinə ciddi yanaşılır. 
  SDU-da təhsil  sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülmüş, sürətli  internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədris prosesində  yeni texnologiyalarla təhsil almasına, normativləşməsinə şərait yaradılmışdır.
Bütün bu yeniliklər yanaşı  universitetin rəhbəri tərəfindən  professor-müəllim və işçi heyətinə diqqət və  qayğının bir təcəssümü olaraq universitetin büdcədən kənar  gəlirləri hesabına əmək haqqı 50-100 manat  artırılmışdır.
Mətbuat xidməti