Komplekslər dalğası
Universitetimizin Karyera mərkəzi ilə IB Club Sumqayıtın birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında təlim komandasının üzvü, - AZSIĞORTA şirkətin "Sığorta Məktəbinin" rəhbəri, IFES / CBI / BMT / Avropa İttifaqı / İRİ / NDİ kimi bir çox beynəlxalq təşkilatların təlimçisi Eldəniz Əsədovun təqdimatında “Komplekslər dalğası” mövzusunda şəxsi inkişaf, karyera yönümlü təlim-seminarı keçirildi. Təlimi Karyera mərkəzinin müdiri Zahid Bünyadov açaraq qonaqları salamladı və təlimin əhəmiyyətindən danışdı, belə təlimlərin tələbələrimiz üçün vacib olduğunu bildirdi.
Görüşdə çıxış edən Eldəniz Əsədov qeyd etdi ki, kompleks çox dayanıqlı psixoloji haldır, ondan tam qurtulmaq praktik olaraq mümkün deyil. Komplekslərin davamlılığının bir neçə psixoloji izahı var. Birinci, komplekslər erkən uşaqlıq dövründə, yəni beyin hələ ona daxil olan məlumatı analiz etmək və seçmək üçün kifayət qədər yetkin olmadığı dövrdə formalaşır. İkincisi, şəxsiyyətin strukturunda komplekslərin əksəri bir-biri ilə öz aralarında və insan həyatında həm də müsbət rol oynayan müdafiəsi reaksiyaları ilə əlaqəli olur. Ən geniş yayılmış kompleks növü isə natamamlıq kompleksidir. Alimlərin gəldiyi nəticələrə inansaq, kompleksin ilkin əlaməti öz davranışına və ətrafındakıların hərəkətlərinə özünün qeyri-adekvat reaksiyalarına görə tez-tez və güclü narahatlıq və gərginliyin keçirilməsidir.
Sonda təlimçi tələbələrin maraqlandıran suaları cavablandırdı.