Müstəqillik gününün 25 illiyinə həsr olunmuş fakültələr arasında idmanın üç növü (stolüstü tennis, mini futbol, şahmat) üzrə yarış keçirildi.
Oktyabrın 6-da İdman zalında ilk olaraq stolüstü tennis yarışı keçirildi. Yarışdan əvvəl İdman Klubunun müdiri Zakir Məmmədov son illərdə stolüstü tennisin inkişafından danışaraq, idmançı tələbələrimizin iştirak etdiyi turnirlər, qazandığı uğurlardan bəhs edərək yarış iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə tələbələrin asudə vaxtlarının səmərəli keçməsi məqsədi ilə böyük İdman zalı əsaslı təmir olunmuş, universitetin həyətində şahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur. Təbii ki, bütün bunlar gələcəyimiz olan siz gənc nəslin xoş sabahı üçündür.
Sonra yarışa start verildi. Stolüstü tennis yarışında birincilik uğrunda gedən mübarizədə Kimya və biologiya fakültəsinin komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsi II yerə, Riyaziyyat fakültəsinin komandası isə III yerə çıxdılar.
Mətbuat xidməti