Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı David Galles tələblərlə görüşdü. O, ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatda Amerikanın mürəkkəb və çox pilləli seçki sistemi, namizədlər, seçkiqabağı proseslər, siyasi partiyalar, onların seçkiqabağı fəaliyyətləri haqqında geniş və ətraflı məlumat verdi. Sonra ABŞ-da prezident seçkilərində qazanılmış bilik və təcrübə barədə tələbələrlə fikir mübadiləsi aparan David Galles səsləndirilən sualları cavablandırdı. Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı.
Sonda qonaq təqdimatın keçirilməsində Sumqayıt Dövlət Univesitetinin rəhbərliyinə göstərdiyi dəstəyə görə minnətdar olduğunu və tələbələrə fəal iştiraklarına görə təşəkkürünü bildirdi.
Mətbuat xidməti