ESFİDİP layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim-seminar
“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) TEMPUS layihəsi çərçivəsində oktyabrın 18-də tələbələrimiz üçün təlim-seminar keçirildi. Seminarda layihənin SDU üzrə koordinatoru, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov çıxışında tələbələrə əlillik, əlilliyi olan tələbələrlə etik davranış və düzgün ünsiyyət, inkluziv təhsil, ESFİDİP TEMPUS layihəsi, Əlilliyi olan tələbələr üçün Mərkəz və könüllülük haqqında ətraflı məlumat verdi. Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı və tələbələrin sualları cavablandırıldı.
Qeyd edək ki, təlim-seminarda 22 nəfər tələbə və Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşları iştirak edirdi.
Mətbuat xidməti