Dekabr ayının 10-da SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə  başladı. İclası giriş sözü ilə açan sədr Elxan  Hüseynov elmi şura üzvlərini salamladı, SDU-nun qısa zaman kəsiyində əldə  etdiyi uğurlarından, nailiyyətlərindən danışdı. 
  İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri,  professor Məmməd Əhmədovun SDU-da yeni ixtisaslar üzrə tədrisin təşkilinin vəziyyəti,  Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Natiq Talıbovun Fakültə  Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri  barədə məlumat verdi.
  Elm və innovasiyalar üzrə  prorektor, professor Ramazan Məmmədov    2015-ci  ildə Universitetdə keçiriləcək   konfransların müəyyən olunmuş    siyahısını  açıqladı:
Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir;
Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri;
Monomerlər və polimerlər kimyasının müasir problemləri: III Respublika elmi konfransı;
Kitabi-Dədə Qorqud və dünya eposçuluq ənənəsi mözusunda Elmi Konfrans Şura üzvlərinin marağına səbəb oldu.
Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov Qış imtahan  sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verdi.
  İclasda o da bildirildi ki, SDU-nun Xarici dil kafedralarının  attestasiyası haqqında və iki kafedranın birləşdirilməsi nəzərdə tutulub.
  SDU-nun Qiyabi, distant və əlavə  təhsil üzrə prorektoru, dosent Qafar Atayev,   ölkəmizin  bir çox ali təhsil müəssisələrinin  məsul əməkdaşlarının iştirakı ilə Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrində  keçdikləri təcrübədən və görüşlərdən danışdı. 
  İclasda universitetin  dekanlıq, kafedra və şöbələrində sənədləşdirmənin vəziyyəti və 2015-ci ildə  müxtəlif ixtisasların açılması kimi cari məsələlər müzakirə olundu.
  Elmi şurada müsabiqələrin keçirilməsi və elmi adların müzakirəsinə  başlanıldı. Hüseynova Məlahət Soltan  qızına “Biznesin təşkili və idarə edilməsi”  kafedrası üzrə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatətin  qaldırılması müzakirə edildi. 
  Rektor Elxan Hüseynov İnformatika kafedrasının müdiri, dosent Valeh  Musayevi texnika üzrə elmlər doktorluq elmi dərəcəsini (AMEA-nın İnformasiya Texnologiyaları  İnstitutunda) müdafiə etməsi münasibətilə təbrik etdi və yeni nailiyyətlər  arzuladı. Rektor, həmçinin SDU-nun Elmi katibi, dosent Aqil Hüseynovu texnika  üzrə elmlər doktorluğu dissertasiya işinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun  nəzdindəki Müdafiə Şurasının Elmi seminarında müvəffəqiyyətlə müzakirə olunduğunu  bildirdi və Aqil Hüseynovu bu münasibətlə təbrik etdi.
Mətbuat xidməti