Oktyabrın 26-da Elmi Şuranın növbəti iclasında keçirildi. İclası giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Elmi Şura üzvlərini salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qısa zaman ərzində əldə etdiyi elmin inkişafından və nailiyyətlərindən söhbət açdı. Qeyd etdi ki, universitetdə təhsil və elm birgə vəhdət şəklində inkişaf edir. Sonra rektor iclasın gündəliyində olan məsələləri elan etdi. Şura üzvləri arasında gündəlikdə olan məsələlər və gündəliyə əlavə məsələlər salınması üçün təkliflər ətrafında geniş müzakirələr aparıldı.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov Beynəlxalq layihələrdə SDU-nun iştirakı və qarşıda duran vəzifələr barədə, Ümumi fizika kafedrasının müdiri dosent Səməndər Cəfərov, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Tədris Metodik Mərkəzin direktoru İsabal Qurbanov Ümumi fizika və İqtisadiyyat kafedralarında görülən tədris-metodiki və elmi işlərin hesabatı barədə çıxış edərək kafedralarda mövcud vəziyyət və digər məsələlər haqqında fikir mübadiləsi apardılar.
Elmi katib professor Aqil Hüseynov Tədris metodiki şurasının yeni tərkibinin təyin olunması barədə məlumat verdi. Səsvermə yolu ilə Üzvi və fiziki kimya kafedrasının müdiri dosent Musa Mustafayev sədr seçildi.
Humanitar Məsələlər üzrə prorektor dosent Nizami Namazov Kimya və bilologiya fakültəsinin dekanı, dosent Mahal Muradovla Rusiya Federaiyasının Dağıstan Respublikasına ezamiyyət haqqında məruzə etdi.
Pedaqogika və psixologiya kafedrasının dosenti Kamalə Salamovanın “Mənəvi dəstək və psixoloji yardım”, Yeniyetmələrdə deviant davranışın formalaşmasında məktəbin və ailənin rolu” layihələri qəbul edilərək Şura üzvləri tərəfindən geniş müzakirə olundu.
Mətbuat xidməti