Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Qobustan Milli Tarixi – Bədii Qoruğunda oldular
Yerləşdirilmə tarixi : 07 Noyabr 2016 13:35
Tələbələrimiz Qobustan Milli Tarixi – Bədii Qoruğunda oldular

Noyabrın 6-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrimiz “Qobustan tarix muzeyi”ndə ekskursiyada oldular. Ekskursiya qoruq ərazisində inşa edilən muzeydən başladı. Tələbələr zalları gəzərək ekspozisiyalarla tanış oldular.
Qobustan qayaüstü rəsimlər haqqında maraqlı məlumat verən Azərbaycan tarixi kafedrasının müdiri dosent Əmirxan İsayev bildirdi ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir.  “Qobustan tarix muzey”i YUNESKO-nun mədəni irsi siyahısına daxil edilib. Ümümilikdə dünyanın 120-dən çox ölkəsində qayaüstü rəsimlər varki, onlardan yalnız 31-ni YUNESCO-ya daxil ediblər. Muzeydə yaradılan qlobusda dünyanın ən məhşur qayaüstü rəsimləri olan ərazilər göstərilib. Azərbaycanda Qobustandan başqa daha 3 yerdə də qayaüstü rəsimlər var. Abşeronda, Kəlbəcərdə Vulkanik yaylasında, və  Naxçıvanda Gəmiqaya ərazisində də qayaüstü rəsimlər mövcuddur. Amma onların içərisində ən böyük tarixə malik olanı Qobustan qayaüstü rəsimlərdir".
Muzey ilə tanışlıqdan sonra tələbələr Qobustan qayalarına ekskursiyaya etdilər. Burada da tələbələr qədim qaya daşları ilə daha yaxından tanış oldular. Ekskursiyanın keçirilməsinin əsas məqsədi tələbələri Azərbaycanın qədim tarixi ilə yaxından tanış etmək, onları Qobustan qaya rəsimləri barədə bilgiləndirməkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az