Dekabrın 19-da  Sumqayıt  Dövlət Universitetində  İqtisadiyyat və idarəetmə fakültəsində  Dünya iqtisadiyyatı kafedrasının təşkil etdiyi  “Kommersiya səylərinin gücləndirilməsi” adlı seminar keçirildi.
  Seminar kafedra  müdiri Pənahəliyeva Məlahət və dosent Gülbəs Rüstəmovanın birgə səyi ilə III və  IV kurs tələbələri arasında aparıldı. 
  Dosent Gülbəs  Rüstəmova çıxış edərək bildirdi ki, seminarın məqsədi tələbələrin  marketinq elminə olan həvəsini artırmaq  və onların müxtəlif informasiya mənbələrindən  aldıqları məlumatları ümumiləşdirərək müstəqil fikir sahibi kimi öz ideya və  layihələrini ortaya çıxarmaqdır.
  İqtisadiyyat və idarəetmə fakültəsində təhsil  alan 20 tələbənin çıxış etdiyi tezis və layihələr münsiflər heyəti tərəfindən  dəyərləndirildi. 
  Seminarda  “Gələcəyimizi qoruyaq”,  “Məktəb  ləvazimatlarının  satışı ilə məşğul olan  ticarət obyektlərinin işi haqqında”,   “İnsanlarda kitab oxumağa maraq yaratmaq” və  digər  mövzularda tələbələrin tezis və layihələri  dinlənildi.
Sonda münsiflər heyəti seminar  barəsində öz fikir və rəylərini bildirdilər.
Mətbuat xidməti