Noyabrın 23-də Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" adlı layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində növbəti təqdimat mərasimi keçirdi.
Təqdimatda layihə rəhbəri, MTİM İB sədri Səidə Bahadurqızı və ekspert politoloq Taleh Əliyev çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verdilər, mövzu ətrafında müzakirələr apardılar.
Xatırladaq ki, layihə çərçivəsində Ermənistanda yerləşən Azərbaycanın məhv edilmiş və ya məhvolma təhlükəsi ilə üz-üzə olan tarixi abidələri haqqında Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə azərbaycan və ingilis dillərində westazerbaijan.info saytı, facebook sosial şəbəkəsində “Qərbi Azərbaycan” adlı səhifəsi yaradılıb.
Saytın təqdimatının Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra ali və orta ixtisas məktəblərində keçirilməsi nəzərdə tutulub. Bu qəbildən olan təqdimatlar bundan əvvəl Sumqayıt Dövlət Texniki Kollecində keçirilmişdi.
Mətbuat xidməti