Dekabrın 1-də SDU-da “Rusiya, Çin və Azərbaycanda binaların enerji səmərəliliyi və effektivliy iüzrə peşə bakalavrı hazırlığı (LPEB) ERASMUS +” layihəsi çərçivəsində “Açıq və distant təhsilin tətbiqi ilə bakalavr dərəcəli diplom” mövzusunda təlim keçirildi.
Təlimdə Avropa Komissiyasından Anne Delaballa, Azərbaycan Texniki Universitetindən layihənin koordinatoru professor Həsən Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin inspektoru dosent Namiq Hüseynov, SDU tərəfdən layihənin meneceri dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov, həmin şöbənin əməkdaşı Samirə Məmmədova, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, layihənin rennavatorları dosentlər Aşura Həşimova, Gülağa Ələsgərov, texnika üzrə elmləri doktorları Nadir Hacıbalayev, Sevil Abdullayeva və Karyera Mərkəzinin əməkdaşı Leyla Ələkbərova iştirak etdilər.
Avropa eksperti Anne Delaballa “Akkreditasiya proseduru” sənədinin doldurulması haqqında ətraflı məlumat verdi, yeni yaradılacaq ixtisasda təhsil alacaq tələbələrin yerli və xarici müəssisələrdə təcrübə keçməsi məsələləri müzakirələr olundu.