Tədris proqramlarının yenilənməsi, pedoqoji kadrların hazırlanması  sistemi, tədris kurslarının məzmunu islahat prosesinin kiçik atributlarıdır.  Azərbaycan Respublikasında təhsil sahəsində qəbul olunan İslahat Proqramının  bir istiqaməti kimi həyata keçirilən kurikulum islahatı təhsil sistemində geniş  tətbiq olunmağa başlamışdır və qeyd etmək lazımdır ki, bu sahədə artıq böyük  uğurlar əldə edilmişdir.
  Davamlı inkişafa və biliklərin  tətbiqinə yönəlmiş  nəticəyönümlü xarakter  daşıyan proqram milli mənəvi dəyərlərə yiyələnmiş, müasir həyata hazır olan  şəxsiyyətin formalaşmasına xidmət edir. Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2010-cu il 3 iyun tarixli 103  saylı qərarı ilə ümumi təhsil pilləsinin dövlət standartları ( kurikulumları)  təsdiq edildi. 
  17 dekabr 2014-cü il tarixində  SDU-nun Fizika və Elektroenergetika fakültəsinin Fizikanın tədrisi metodikası  kafedrasında “Kurikulumun əsasları” fənni üzrə planalşdırma növləri mövzusunda  543-cü qrup tələbələrinin iştirakı ilə kafedranın dosenti Zərifə Dəmirovanın  açıq dərsi keçirildi. Açıq dərsdə universitetin rektoru, dosent Elxan Hüseynov,  Qiyabi, distant, əlavə təhsil üzrə prorektor Qafar Atayev, rektorun  məsləhətçisi Ulduz Ağayev, fakültə dekanı, dosent Tamella Əhmədova, fakültə metodkomissiyasının  sədri, dosent Aşura Həşimova, kafedra müdiri, dosent Fuad Məmmədov iştirak  etdilər. Açıq dərsdə dərs ləvazimatı olaraq təlimin müasir keyfiyyətləri,  proyektor, interaktiv lövhə, flepçat, markerlərdən, rəngli stikerlər, A3  vərəqlərdən istifadə olundu.
  Açıq dərs fəal dərs şəklində keçirildi.  Bu dərsdə mimio lövhədən istifadə olunmaqla, iş forması olaraq qruplarla iş  görüntülərinin təsviri verilməklə, iş üsulu kimi əqli hücum, müzakirə,  müşahidə, təcrübələrin aparılması kimi üsullardan istifadə edildi.  İnformasiyanın mübadiləsi və müzakirəsindən sonra tələbələrlə qarşılıqlı  dialoqla ümumiləşdirilmələr aparıldı və qiymətləndirmə ilə dərs yekunlaşdı.
  Dərsdə tələbələrin qısa müddət ərzində Zərifə Dəmirovanın keçdiyi  dərsləri asanlıqla qavradıqları, interaktiv lövhədən də sürətlə istifadə  etmələri Elxan Hüseynovun  böyük diqqət  və marağına səbəb oldu. Rektor Zərifə Dəmirovanın apardığı açıq dərsdən çox  məmnun oldu və arzu etdi ki, universitetin digər müəllimləri də bu cür  təcrübədən istifadə etsinlər.
Tələbələr dərsin gedişindən  razı qaldılar və iştirakına görə universitetin rektoruna minnətdarlıq etdilər.
Mətbuat xidməti