Noyabrın 17-18-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Dil - karyeraya gedən yol” III ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi keçirildi.
Müsabiqənin şərtləri bütün iştirakçılara çatdırıldıqdan sonra tələbələrin məruzələri dinlənildi. Universitetimizdən 8 tələbə bu müsabiqəyə qatılaraq uğurla çıxış etdi.
Tələbələrimiz mövzuların aktuallığı və zəngin təqdimatlarla çıxış edərək sertifikata layiq görüldülər. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru dosent Çingiz Əliyev fəal çıxışlara görə bütün iştirakçılara təşəkkürünü bildirdi və onlara elmi fəaliyyətlərində uğurlar arzuladı.
Qeyd edək ki, tələbələrimizin fəal çıxışlarının hazırlanmasında Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərovanın və müəllimlərin böyük əməyi oldu. Tələbələr xarici dildə çıxış etməklə bir daha karyeraya gedən yolda dil amilinin bir vasitə olduğunu məharətlə göstərdilər.
Mətbuat xidməti