Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə-Könüllülərinin 2-ci Forumu başa çatdı
Yerləşdirilmə tarixi : 19 Dekabr 2016 11:42
Tələbə-Könüllülərinin 2-ci Forumu başa çatdı

Mikayıl Cabbarov: Savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir
Könüllülük prinsipi özündə mədəniyyəti ehtiva etməklə yanaşı, xeyirxahlıq, yaxşılıq və insanpərvərliyin, vətənpərvərliyi təbliğ edir. Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirildi.
Forumda təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq qurumların nümayəndələri, tələbə-könüllülər və media təmsilçiləri iştirak etdi.
Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra ötən il keçirilmiş forumla və görülmüş işlərlə bağlı hesabat video-çarxı nümayış olundu, tələbə-könüllülərin himni səsləndirildi. Təhsil naziri Mikayıl Cabbarov forum iştirakçılarını salamladı və könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini diqqətə çatdırdı. Nazir bildirdi ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.Nazir könüllülük hərəkatının müasir Azərbaycan üçün nisbətən yeni bir hadisə olduğunu bildirərək könüllülərin fəaliyyətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi vurğulandığını qeyd edərək son illər ərzində ölkədə keçirilən bir sıra iri miqyaslı tədbirlərin təşkilində onların rolundan danışdı. Təhsil naziri “Bir” Tələbə-Könüllü Proqramına dəstək verən və bu proqramla əməkdaşlıq edən qurumlara təşəkkür etdi, tələbə-könüllülərə isə uğurlar arzuladı.
Gənclər və idman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti çıxış edərək ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirdilər və  könüllülər hərəkatının inkişafının əhəmiyyətini qeyd etdilər.
Sonra “Bir” Tələbə-Könüllü Proqramı ilə əməkdaşlıq edən qurumlara tərəfdaşlıq sertifikatları təqdim olundu. Sevindirici haldır ki, universitetimizin Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi, həmçinin “Bir” Tələbə-Könüllü Proqramın universitetimiz üzrə koordinatoru Sənan Əhmədov da “İlin fəal könüllüsü” sertifikatına layiq görüldü.
Forum tələbə-könüllülərin ifasında məşhur “Tələbə” mahnısının səsləndirilməsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az