Dekabr ayının  20-də ENAKTUS (EN-ACT-US Entrepreneurial Action Us - Bizim Təşəbbüskar  Sahibkarlıq fəaliyyətimiz) Azərbaycan ofisinin nümayəndələri, layihənin  Azərbaycan üzrə icraçı direktoru Kəmalə Məmmədova,  layihə meneceri Musa Quliyev və layihə köməkçisi Seymur Məmmədov Sumqayıt Dövlət  Universitetinin (SDU) tələbələri ilə görüşdülər. Tədbiri SDU-nun Tələbə Elmi Cəmiyyətinin  rəhbəri İslam Paşayev açaraq, iştirakçıları salamladı. İcraçı direktor Kəmalə xanım  və layihə menecerinin köməkçisi Seymur Məmmədov tədbir iştirakçılarını ENACTUS  layihəsi haqqında məlumatlandırdı. Tələbələr layihəyə qoşulmaq üçün öz  ideyalarını mütəxəsislərlə bölüşdülər. Qeyd edim ki, tələbələrin bu ideyaları  ekspertlər tərəfindən müsbət qiymətləndirildi və istiqamətləndirildi. İlkin  addım olaraq bu ideyaların prezentasiya şəklində hazırlanması tövsiyyə olundu.  Prezentasiya hazırlandıqdan sonra isə layihədə rəsmi olaraq iştirak etmək üçün  müraciət formasının vacib olduğu bildirildi. Tədbirdə universitetin tələbə və  müəllimləri, kafedra və şöbə əməkdaşları da iştirak edirdi.
Müzakirənin sonunda Kəmalə xanım layihəylə  bağlı tələbələrin suallarını cavablandırdı və universitet rəhbərliyinə  yaradılan şərait üçün öz təşəkkürünü bildirdi.
Universitet tələbələrinin ideyaları olduqca maraqlı  və unikal idi, ən əsası isə layhənin tələblərində qeyd olunduğu kimi yenilik və  yaradıcılıq diqqəti cəlb edirdi. Mən ümid edirəm ki, SDU yeni 2015-ci ildə baş  tutacaq ENACTUS proqamının qalibi olacaq və universitetimizin tələbələri SDU-nu  beynəlxalq tədbirlərdə təmsil edəcəkdir. Çünki artıq universitetimizin ENAKTUS  komandası yaradılmışdır.
Mətbuat xidməti