19-20 dekabr 2014-cü il tarixində Naxçıvan Dövlət  Universitetində “Əlilliyi olan  insanların Azərbaycanın ali təhsil müəssisələrinə  inteqrasiyasının təməlinin qoyulması”  TEMPUS  (ESFIDIP)  543649-TEMPUS-1-2013-1-AZ-TEMPUS-JPGR) layihəsi çərçivəsində konfrans  keçirilmişdir. 
  Konfransın əsas məqsədi  layihə çərçivəsində yerinə yetirilmiş işlərin müzakirə edilməsi və görüləcək  işlərin planlaşdırılmasından ibarət idi. Konfransda Sumqayıt Dövlət  Universitetini Elm və İnnovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov,  Humanitar məsələlər üzrə prorektor, dosent   Nizami Namazov və Beynəlxalq Əməkdaşlıq   Şöbəsinin müdiri, dosent Turqay Hüseynov təmsil etmişlər. Dosent Turqay  Hüseynov layihə çərçivəsində yerinə yetirilmiş işlər haqda məruzə ilə çıxış  etmişdir. 
Mətbuat xidməti