Tələbə və əməkdaşlarımız nailiyyətləri ilə ölkə idmanına töhfələr verirlər
Maddi – texniki bazası, kadr potensialı ilə nümunəyə çevrilən universitetimiz bütün sahələrdə olduğu kimi idman da diqqət mərkəzindədir. Bu məqsədlə 2015- ci ilin fevral ayında İdman klubu yaradıldı. Universitetin İdaman bazasında rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə böyük idman zalı əsaslı təmir olunmuş, universitetin həyətində sahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydançaı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qrulmuşdur. Təbii ki, bütün bunlar gələcəyimiz olan nəslin sabahı üçündür.
Hal - hazırda idman bazamızda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama üzrə tələbələr və əməkdaşlar məşğul olurlar. Bunun məntiqi nəticəsi olaraq SDU-nun tələbələri və əməkdaşları şəhər və respublikada təşkil olunan beynəlxalq yarışlarda aktiv iştirak edirlər. 2015/2016-cı ildə Sumqayıt şəhərində müəsissələrarası təşkil olunan stolüstü tennis yarışlarında I yeri tutmuşlar. Sumqayıt şəhərində keçirilən “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük üzrə yarışda komandamız I yerə layiq görülmüşdür.
2016-cı ildə tələbələrin Ali məktəblər arasında cüdo üzrə Azərbaycan çempionatında Fizika və elektroenergetika fakültəsinin tələbəsi I yeri tutmuşdur. Yüngül atletika üzrə komandamız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından sonra II yer tutmuşdur. Azərbaycan Respublikası Gənclər arasında keçirilən cüdo üzrə yarışda və Beynəlxalq yarışda Vüsal Həsənov I yeri tutmuşdur.
Keçən il Bakıda keçirilən Ali məktəblərin əməkdaşları arasında keçirilən 5 idman növü üzrə: şahmat, dama, stolüstü tennis, voleybol, nərd yarışlarında komandamız III yerə layiq görülmüşdür.
İdman klubunun əməkdaşları Universitetin rəhbərliyinin daim diqqət mərkəzindədirlər. Onlardan biri nazirlik, iki nəfəri isə SDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişlər.
Fevralın 9-dan 13-dək universitetin Həmkarlar İttifaqı Komitəsi və İdman Klububnun təşkilatçılığı ilə SDU-nun 55-illik yubleyi münasibəti ilə əməkdaşların fakültələrarası 3 idman növü (şahmat, dama, nərd) üzrə yarış keçirildi.
Qaliblərin mükafatlandırma mərasimində Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğısından, bu diqqət və qayğının təzahürü kimi idmançılarımızın beynəlxalq arenalarda göstərdikləri uğurlu nəticələrdən bəhs etdi. Bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, həmçinin ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.
Məntiq tələb edən intellektual oyun olan şahmat idman növü üzrə I yer - İqtisadiyyat və idarəetmə fakültəsi, II yer - Riyaziyyat fakültəsi, III yer - Fizika və elektroenergetika fakültəsi tutdular. Dama idman növü üzrə I yer - Tarix və coğrafiya fakültəsi, II yer - Kimya və biologiya fakültəsi, III yer - Fizika və elektroenergetika fakültəsi, qədim oyun növü olan nərd üzrə I yer - İqtisadiyyat və idarəetmə fakültəsi, II yer - Kimya və biologiya fakültəsi, III yer - Filologiya fakültəsi tutdular.
İdman Klubunun müdiri dosent Zakir Məmmədov qalib komandanı təbrik edərək qeyd etdi ki, son illər universitetimiz idman sahəsində də böyük uğurlara imza atır. Onu da vurğuladı ki, gələcəkdə İdman klubunun əməkdaşları öz işlərini günün tələblərinə uyğun quraraq universitetdə idmanın inkişafı üçün daha fəal çalışacaqlar.
Sonda yarışın qalibləri kubok və diplomlarla mükafatlandırıldı, xatirə şəkli çəkdirildi.
Mətbuat xidməti