Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Thomson Reuters”in nümayəndəsi SDU-da oldu
Yerləşdirilmə tarixi : 23 Fevral 2017 16:07
“Thomson Reuters”in nümayəndəsi SDU-da oldu

Fevralın 23-də dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin nümayəndəsi Aygün Babazadə Sumqayıt Dövlət Universitetində professor-müəllim heyəti ilə görüşdü.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov qonağı salamladı və qeyd etdi ki, ki, Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi arasında əməkdaşlıq müqaviləsinə  əsasən, Azərbaycanın 40-dan çox ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə etdi. Bu əməkdaşlıq  Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə zəmin yaradır. Prorektor onu da bildirdi ki, bu layihə vasitəsilə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science” platformasına və “İnCites” bazasına çıxış imkanlarının yaradılması böyük əhəmiyyət kəsb edir. “Thomson Reuters”ə qoşulmaqla  alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı qazanacaqlar.
“Thomson Reuters” portalının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə proqram, bu bazaya daxil olan jurnallarda məqalələrin dərci qaydaları haqqında məlumat verdi, axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışdı, saytdan istifadə əyani olaraq nümayiş etdirdi.
Sonda tədbir  iştirakçılarını  maraqlandıran suallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az