Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitet rəhbərliyi və kollektivi Sumqayıt xəstəxanasında yaralı tələbələrə baş çəkdilər
Yerləşdirilmə tarixi : 09 Mart 2017 14:42
Universitet rəhbərliyi və kollektivi Sumqayıt xəstəxanasında yaralı tələbələrə baş çəkdilər

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və  kollektivi, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Səhiyyə şöbəsinin  nümayəndələri və “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasında yaralı tələbələrə baş çəkdilər. Bakıdan dəvət olunmuş xüsusi həkim briqadası tərəfindən yaralı tələbələrimiz Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı müayinə olunurlar. İki nəfər tələbəmiz orta ağır yaralıdır. Onların tezliklə sağalmasını və ailələrinə qovuşmasını arzu edirik. 
Onu da qeyd edək ki, prorektorlarımızın bəziləri Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasında yerləşdirilən yaralı tələbələrimizə baş çəkdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az