Sumqayıt Dövlət  Universitetinin Tarix və coğrafiya fakültəsinin   853-cü qrup tələbələri müəllimlərdən Samir Kərimli və Samir Məhərrəmovun  rəhbərliyi altında muzeyi ziyarət etdilər. Uzun müddətdir ki, muzeyə rəhbərlik  edən Olya İslamova tələbələri mehribanlıqla qarşıladı. Olya xanım son dərəcə  maraq doğuran və Sumqayıt şəhərinin tarixi ilə bağlı olan eksponatlar haqqında  çox qiymətli məlumatları tələbələrlə paylaşdı və bildirdi ki, muzeydə müasir  Sumqayıt ərazisində aşkar edilmiş arxeoloji materiallar şəhərin salınmasında fədakarlıq  etmiş zəhmətkeşlər haqqında məlumatlar sərgilənir. Unutmayaq ki, bir ölkənin  tarixinin dərindən öyrənilməsi üçün muzeylərin mövcudluğu və fəaliyyəti son dərəcə  əhəmiyyətlidir.
Qeyd edək ki, Sumqayıtın Tarixi Muzeyi 1967-ci ildə Sumqayıt Şəhər Dövlət Rəsm Qalereyası ilə eyni vaxtda fəaliyyətə başlamışdır. Muzey Sumqayıtın tarixi ilə yanaşı, Azərbaycanın tarixinə aid olan eksponatları da mühafizə etməkdədir.
Mətbuat xidməti