SDU-da ESFİDİP 543649-TEMPUS-1-2013-AZ-TEMPUS-JPRG Əlilliyi olan insanlanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması TEMPUS layihəsi çərçivəsində Qiymətləndirmə və monitorinq qrupunun üzvlərinin görüşü keçirildi. Görüşdə Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri dosent Turqay Hüseynov layihə haqqında, layihənin gedişatı, universitetdə fəaliyyət göstərən əlilliyi olan tələbələr üçün Mərkəzə avadanlıqların alınması barədə məlumat verdi. Qiymətləndirmə və monitorinq qrupunun üzvləri- Linqvistik Mərkəzin müdiri Alik Abdullayev, Neft kimyası və kimya texnologiyası kafedrasının dosenti Müşgünaz Nəzərova, Elektroenergetika kafedrasının assistenti Könül Hacıyeva, Fəlsəfə və hüquq kafedrasının dosenti Əminə Həsənova, Kimya və Bilogiya fakültəsinin III kurs tələbəsi Nərmin Musazadə pilot proqram haqqında və layihənin sonrakı fəaliyyətində nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi yollarını müzakirə etdilər.
Mətbuat xidməti