Universitetimizin kollektivi İlaxır çərşənbəni avtoqəzada yaralanmış  tələbələrimizlə birgə  qeyd etdi
						
						Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbələr İlaxır çərşənbəni 1 saylı Klinik Tibbi Mərkəzdə yaralanmış  tələbələrimiz: Azadə Mədətzadə, Xavər Fərzəliyeva, Rəsul Sadıqov və  Emin Həmidovla  birgə  keçirdilər.
Rektor professor Elxan Hüseynov  xəstələrin vəziyyəti və müalicənin gedişi ilə maraqlandı, müalicə olunan tələbələrlə  söhbət etdi. Tələbələrin istək və arzularını dinlədi, tezliklə sağalıb universitetimizə dönməklərini arzuladı.
Tələbələr rektor professor Elxan Hüseynova bütünlüklə universitet kollektivinə və tibb heyətinə göstərdikləri diqqət və  qayğıya,  hər gün olduğu kimi bu gün də onlara maddi və mənəvi dayaq olduqlarına  görə minnətdarlıq etdilər.
Mətbuat xidməti