Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz TEMPUS UNIVIA çərçivəsində beynəlxalq konfransda iştirak etdilər
Yerləşdirilmə tarixi : 03 Mart 2017 14:56
Nümayəndələrimiz TEMPUS UNIVIA çərçivəsində beynəlxalq konfransda iştirak etdilər

Tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti təhlil edildi
Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” (“Development and improvement of the University Administration on International Affairs”) adlı TEMPUS layihəsinin final konfransı fevralın 27-28-də keçirildi. Konfransda tərəfdaş ölkələrin Təhsil Nazirliyi və universitetlərinin nümayəndələri iştirak edirdi.
Layihənin məqsədi tərəfdaş universitetlərdə Avropa təcrübəsinə və milli inkişaf ənənələrinə əsaslanan optimal, çevik beynəlxalq əlaqələr mexanizminin formalaşmasıdır. Həmçinin konkret missiyanın müəyyən edilməsi, çoxmilli tələbə və müəllim heyətini cəlb etməklə tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin yaradılmasıdır. Eləcə də tərəfdaş universitetlərin qlobal əlaqələrə malik ali təhsil müəssisələrinə çevrilməsi, regional qlobal universitet şəbəkələrinə qoşulmaları üçün təşviq edilməsi və beynəlxalq reytinq siyahılarına daxil olmasıdır. Konfransda layihənin fəaliyyət planına əsasən, üç il ərzində görülən işlərin yekun hesabatı dinlənildi. Tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti təhlil edildi.
Konfransda UNEC rektoru, professor Ədalət Muradov, Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov, Ukrayna, Qırğızıstan, Tacikistanın təhsi lnazirliklərinin nümayəndələri, UNIVIA layihəsinin Avropa tərəfdaşları adından Böyük Britaniyanın Uorvik Universitetinin əməkdaşı Ceyms Kennedi, UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov, İtaliyanın Boloniya, İspaniyanın Malaqa universitetivə Santyaqo de Kompostella universitetinin, Kiyev Milli İqtisadiyyat Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Qırğızıstan İqtisad Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutu, Xucand Dövlət Universitet nümayəndələri təqdimatla iştirak etmişlər. Universitetimizi konfransda layihənin meneceri professor Nigar İsgəndərova, layihənin tədqiqatçısı, Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Məmmədova təmsil etmişdir. Azərbaycan Dillər Universiteti, Azərbaycan Memar və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbinin nümayəndələri isə konfransa dinləyici və ekspert kimi dəvət almışdırlar. Açılışın sonunda iştirakçıların layihə ilə  bağlı sualları cavablandırmış, konfran söz işini bölmə iclaslarında iki gün ərzində davam etdirmişdir.
Onu da, qeyd edək ki, Avropa tərəfdaşı olan ali təhsil müəssisələri Uorvik Universiteti, Malaga Universiteti, Santyago-Kompostela Universiteti, Boloniya Universitetidir. Bu nüfuzlu tədris-təhsil birliyinin Azərbaycan tərəfdaşları Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetidir.
Layihənin regional tərəfdaşları isə Kiyev Milli İqtisadiyyat Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Qırğızıstan İqtisad Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutu, Khujand Dövlət Universitetidir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az