Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC-in üzvləri Pskov Dövlət Universitetində keçiriləcək Gənclər Elmi-Praktiki konfransda iştirak edəcəklər
Yerləşdirilmə tarixi : 14 Mart 2017 13:18
TEC-in üzvləri Pskov Dövlət Universitetində keçiriləcək Gənclər Elmi-Praktiki konfransda iştirak edəcəklər

Tələbələrin intellektual potensialının üzə çıxması üçün onların beynəlxalq konfrans və simpoziumlarda iştirakı vacibdir. Martın 14-də Tələbə Elmi Cəmiyyətinin üzvlərinin Rusiyanın Pskov Dövlət Universitetində təşkil olunan Gənclər Elmi-Praktiki konfransda iştirak etmək məqsədi ilə seçkisi keçirildi.
İclasda Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov bildirdi ki, respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bütün bunlar yüksək ixtisaslı kadrların hazırlanması və  respublikamızın elmi-texniki potensilanının gücləndirilməsinə xidmət edir. Universitetimizdə elmi tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olmasına geniş imkanlar yaradılıb. Tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə fəal iştirak edərək sertifikata layiq görülürlər. Prorektor onu da qeyd etdi ki, aprelin 3-14-dək Pskov Dövlət Universitetində keçiriləcək konfransda tələbələrimiz məruzələri ilə  iştirak etmək üçün dəvət alıblar. Bu səbədən də hər bir tələbə  fəal və bacarıqlı olmalıdır. 
Sonra Pskov Dövlət Universitetində keçiriləcək Gənclər Elmi-Praktiki konfransına göndərilən tələbələrin seçkisi keçirildi. Filologiya fakültəsinin  II kurs tələbəsi Nailə Zeynalova “Məktəbəqədər uşaqların ingilis dilinin öyrənilməsində nağılların rolu”, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Tofiq Adıgözəlov “Silisium əsaslı Şotki diodlarının tədqiqi”, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Saleh Fərəcov “Propantriol əsaslı aminospirtlərin sintezi və xassələri”mövzularında məruzə ilə çıxış etdilər. Dinlənilən məruzələr münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. 
Qeyd edək ki, TEC-in elmi rəhbəri dosent İslam Paşayevin rəhbərliyi ilə seçilən tələbələrimiz aprelin 2-dən 9-dək Rusiyaya səfər edərək Pskov Dövlət Universitetində keçiriləcək Gənclər Elmi-Praktiki konfransda iştirak edəcəklər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az