Bu gün ölkəmizdə idmanın inkişafı, onun kütləviləşməsinə nail olunması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Qürur hissi ilə qeyd etmək olar ki, yeniyetmə və gənclər arasında idmana maraq gündən-günə artmaqda, bu sahədə qazanılan uğurların sayı çoxalmaqdadır. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. İdmançı tələbələrimiz də təşkil olunan müxtəlif yarışlarda iştirak edir, qələbələr qazanır və hər dəfə Sumqayıt Dövlət Universitetinin adını ucaldırlar.
Aprelin 6-da Bakı Mühəndislik Universitetində “Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında 5 idman növü üzrə (mini - futbol, stolüstü tennis, gimnastik alətdə (turnikdən çəkinmə və qısa məsafəyə qaçış) yarışlar keçirilmişdir. Həmin yarışlarda respublikamızın 6 ali məktəbin - Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Türkmənistanın “ Yaşlıq” komandası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak etdilər. SDU -nun tələbələri 4 idman növü üzrə çıxış edərək aşağıdakı nəticələri əldə etdilər.
Stolüstü tennis üzrə I yerə Mühəndislik fakültəsinin tələbəsi Emin Abdullayev, Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Nurlan Həsənov, İqdisadiyyat və idarəetmə fakültəsinin I kurs Nicat Hüseynli, Yüngül atletika üzrə Kimya və biologiya fakültəsinin Ilham İksanov II kurs tələbəsi I yerə, Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi Xəlil Sultanov III yerə, Gimnastik alət (turnik) Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Elnur Səfərli III yeri, komandamız mini - futbol üzrə IV yerə çıxdılar.
Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif edildilər.
Qeyd etmək lazımdır ki, SDU -nun mini - futbol komandası ən fəal komanda kimi xüsusi diplomla təqdim olundu.
Mətbuat xidməti