Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Narkomaniya XXI əsrin bəlasıdır ” adlı tədbir keçirildi
Yerləşdirilmə tarixi : 08 Aprel 2017 17:48
“Narkomaniya XXI əsrin bəlasıdır ” adlı tədbir keçirildi

 Aprelin 8-də Universitetin Ritorika Universal Klubunun təşkilatçılığı ilə  “Narkomaniya XXI əsrin bəlasıdır” adlı tədbir keçirildi. Tədbirdə  Tarix və coğrafiya  fakültəsinin təlim tərbiyə işləri üzrə dekan müavini, dosent    Cavid  Məmiyev, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Məhərrəmov, Ritorika Universal Klubunun idarə heyəti və universitetin digər tələbələri iştrak etdilər.
Tədbiri giriş sözü ilə dosent Cavid  Məmiyev açaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev - “biz narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasını, cəmiyyətimizin, xalqımızın bu günü və gələcəyi üçün təhlükəli hal hesab edirik. Ona görə də bunlara qarşı mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifələrindən biri sayıram” demişdir. Müxtəlif dillərdə, müxtəlif xalqlar, millətlər arasında tərcüməsiz anlaşılan bu söz bəla, faciə, fəlakət və ölüm sözlərinin sinoniminə çevrilərək bu gün dünyanın hər yerində eyni dəhşətlə səslənir. Narkomaniya  XXI əsrin bəlasına, ailələrin müsibətinə, xalqların faciəsinə, bəşəriyyətin fəlakətinə çevrilmiş acı və danılmaz reallıqdır. Bu gün ölkə başcısı cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Məhərrəmov çıxış edərək bildirdi ki,  narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğat aparılması və sağlam həyat tərzinin  qorunmasıdır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır bunun ücün siz gənclərə məsləhətim və tövsiyəm ondan ibarətdir ki, siz özünüzü və ətrafdakı yaxınlarınızı bu bəladan qoruyasınız.
Daha sonra RUK-un sədri Aysel Şıxəhmədova mövzu ətrafında çıxış edərək bildirdi ki, narkomaniya ilə mübarizə bir çox ölkələrdə olduğu kimi bu problemin həlli istiqamətində ölkəmizin bütün strukturlarında  Dövlət Proqramına uyğun olaraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Bu baxımdan  narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı şəhərdə fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə qabaqlayıcı-profilaktik tədbirlər həyata keçirilir. Narkomaniyaya qarşı mübarizə, narkotik maddə qəbul etmiş insanların narkomaniyadan əvvəl və sonrakı görüşlərini əks etdirən  slayd nümayiş etdirildi. Narkomaniyanın fəsadları barədə fikir mübadiləsi aparıldı.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az