Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Qan ver, yaşat
Yerləşdirilmə tarixi : 14 Aprel 2017 12:30
“Qan ver, yaşat

Ramiz Hüseynov: Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün universitetimizdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
Aprelin 14-də universitetimizdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi və Sumqayıt Dövlət Universiteti hər il olduğu kimi bu il də hemofiliyalı və talassemiyalı xəstələr üçün “Qan ver, yaşat" devizi altında qanvermə aksiyası təşkil etdi.
Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov aksiyanın açılışında çıxış  edərək bildirdi ki, talessemiya və hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün universitetimizdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir və xeyriyyəçilik fəaliyyətini gələcəkdə də davam etmək niyyətindəyik.
Sonra Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olundu, daha sonra isə qan verildi. Tələbələr də könüllü olaraq iştirak etdilər, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşuldular. İştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər. Qeyd edək ki, yığılan qan ehtiyatı irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə yönəldiləcəkdir.
QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova aksiyanın keçirilməsinə şərait yaratdığına görə SDU rəhbərliyinə təşəkkür etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az