Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Yerləşdirilmə tarixi : 26 Aprel 2017 12:26
“Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi

 Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş fakültələrarası “Nə? Harada? Nə zaman?”  intellektual bilik yarışı keçirildi. 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Universitetin Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyev elmi və intellektual potensialın artırılması üçün gənclərin ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda  təhsilə cəlb edilməsinə nail oldu, Azərbaycanda çoxsaylı gənclər təşkilatları yaradıldı, gənclər forumları ke¬çirildi. Potensiallı gənclər ixtisaslı kadr kimi seçilərək dövlət idarəçiliyinə cəlb edildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Prorektor onu da vurğuladı ki, gənclərin intellekt oyunlarına cəlb edilməsi çox uğurlu bir addımdır. Universitetimizdə belə yarışların keçirilməsi artıq ənənə halını alıb, gənclər bu oyunlara qatılmaqla həm özümüzü, həm də dünyanı öyrənir. 
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırdı, komandalara uğurlar arzu edərək yarışa start verildi.
Yarışda 36 sual, hər sualın cavablandırılmasına isə 1 dəqiqə vaxt verildi. Suallar əsasən ümumdünyagörüşü ilə bağlı idi. Olduqca gərgin və maraqlı keçən bilik yarışında 7 komandadan 42 nəfərin iştirak etdiyi oyunda I yerə Filologiya fakültəsinin “Naturalistlər”, II yerə Tarix və coğrafiya fakültəsinin “Oblivion”, III yerə Mühəndislik fakültəsinin “Mr.Robot” komandaları layiq görüldülər. Qalib komanda kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az