Sumqayıt Dövlət Universitetində rəhbərliyin təşəbbüsü,  "Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişafı və təkmilləşdirilməsi"  layihəsinin dəstəyi ilə  ingilis dili  kursları təşkil olunub. Kurs həm universitetin tələbə, həm də əməkdaşları üçün  nəzərdə tutulmuşdur. Qeyd edim ki layihə çərçivəsində təşkil olunan bu kurslar  ödənişsizdir. Kurs həm qrammatik, həm danışıq bölməsinə ayrılıb. Kursun məqsədi  universitetin tələbə və əməkdaşlarının ingilis dili fənnindən öyrəndiklərini  inkişaf etdirmək və təkmilləşdirməkdir.
Dərsləri  Xarici dil kafedrasının əməkdaşları Jalə Məmmədova  və Deynə Donoho aparır. Dərsin proqramının təşkili  və idarəsinə, Xarici dil kafedrasının müdiri f.e.d., dos. N.V.İsgəndərova rəhbərlik  edir.
Kursda  Beynəlxalq əməkdaşlıq şöbəsi, Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi, İnformasiya  Texnologiyaları Mərkəzi, Magistratura və Doktorantura Şöbəsi, Fəlsəfə və Hüquq  kafedrası, İqtisadi nəzəriyyə kafedrasının əməkdaşları iştirak edir. 
Mətbuat xidməti