Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin əməkdaşı Pakistanın İslamabad şəhərində ezamiyyətdə olmuşdur
Yerləşdirilmə tarixi : 16 Yanvar 2015 00:00
Universitetimizin əməkdaşı Pakistanın İslamabad şəhərində ezamiyyətdə olmuşdur

Sumqayıt Dövlət Universitetinin dosenti Sevda Rzayeva Pakistanın İslamabad şəhərində “Nüvə Tədqiqatlar Mərkəzi”ndə keçirilən plenar iclasda iştirak etmişdir.
Plenar iclas elementar zərrəciklərin elektrik yükü kimi fundamental xarakteristikası ilə Hiqqs bozonlarının xassələri arasında əlaqələrin müəyyənləşdirilməsi və öyrənilməsi, zərrəciklərin elektrik yüklərinin birqiymətli təyin edilmə (kvantlanma) şərtlərinin tapılmasına həsr olunmuşdur.
Sevda Rzayevanın 2 həftəlik ezamiyyətinin məqsədi “İCTP-NCP School on LHC Physics” (ICTP-İnternational Centre for Theoretical Physics, NCP-National Centre for Physics, LHC- Large Hadron Collider) beynəlxalq məktəbdə iştirak etmək və müasir fizikanın ən mühüm məsələlərindən biri olan Avropa Nüvə Tədqiqatları Mərkəzinin Böyük Adron Kollayderində alınan Hiqqs bozonunun yeni xassələrinin araşdırılmasında fikir mübadiləsi aparmaq olmuşdur.
S.Rzayeva kursun plenar iclasında Hiqqs sahəsi və Genişləndirilmiş Standart Model haqqında məruzə ilə çıxış etmişdir.
Məruzədə elektrik yükünün kvantlanması ilə elementar zərrəciklərin kütlə qazanma mexanizmi arasında (hal-hazırda bu Hiqqs mexanizmidir) ələqənin müəyyənləşdirilməsi və tədqiq edilməsinin vacibliyi göstərilir. Yüksək enerjilər fizikası sahəsində dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə bu sahədə elmi müzakirlər aparılmışdır.
Bəs Xiqqs mexanizmi və Xiqqs bozon nədir? İndiyədək fiziklər kütlə anlayışından istifadə etsələrdə, kütlənin yaranma mexanizmi barədə heç bir məlumata malik deyildilər. Güclü və elektrozəif qarşılıqlı təsirlərinin Standard Modelinin əsasında duran Xiqqs sahəsi qarşılıqlı təsirdə olduğu sahəyə kütlə verir və beləliklə kütlənin yaranma mexanizmi izah edir. Bu sahəyə uyğun olan zərrəcik Xiqqs bozonu adlanır.
Sevda Rzayeva çıxışına görə sertifikatla və Pakistanın Nüvə Tədqiqatlarının rəmzi olan xüsusi hədiyyə ilə təltif olunmuşdur.
Xatırladaq ki, dosent Sevda Rzayeva  2013 –cü ilin iyun ayında İtaliyadə yerləşən Abdul Salam adına Nəzəri fiziklər üçün keçirilən kursa dəvət almış və bir aya yaxın həmin kursda fəal iştirak etmişdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az