Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumu keçirildi
Yerləşdirilmə tarixi : 19 May 2017 00:00
Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumu keçirildi

17-19 may tarixlərində Başqırdıstan Respublikasının hökuməti, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası və Rusiya Milli Kadrları Hazırlama Forumunun təşkilatçılığı ilə Başqırdıstanın paytaxtı Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumu keçirildi.

Forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış etdilər.

Azərbaycan Respublikası təhsil nazirinin müavini isti qarşılamaya görə Başqırdıstan Respublikasının rəhbəri Rüstem Xamitova, Rusiya Federasiyası hökümətinə və Ufa Dövlət Neft Texniki Universitetinə öz minnətdarlığını bildirdi. "Rusiya və Azərbaycan təhsil icmaları arasında olan qarşılıqlı əlaqə həmişə güclü olub və assosiasiyanın yaranması bu əməkdaşlığın məntiqi davamı oldu. Son iki il ərzində mütəmadi olaraq mübadilə səfərləri keçirilir. Mən əminəm ki, biz yeni layihələri uğurla həyata keçirəcəyik" - deyə o bildirdi.

Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri professor Elxan Hüseynov çıxışında forumun əhəmiyyətindən, ölkələr arasında bir çox sahələr üzrə o cümlədən elm, təhsil sahəsindəki uğurlu inkişafından bəhs etdi. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin ümumi fəaliyyətindən və beynəlxalq əlaqələrindən söz açdı. Bildirdi ki, universitetin hal - hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Rektor onu da qeyd etdi ki, 2015-ci ildən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri kimi fəaliyyət göstərir, keçirilən forum, konfrans, görüşlər elm, təhsil sahəsi üzrə əlaqələrimizin genişlənməsinə səbəb olub. İnanıram ki, iştirak etdiyimiz bu forum elmimizin inkişafına böyük töhfələr verəcək.

UDNTU-nun rektoru, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədri Ramil Baxtizin forumun Başqırd neftinin 85 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyini qeyd etdi. "O vaxtlar Başqırdıstanı "ikinci Bakı" adlandırırdılar. Bu gün də birinci Bakıdakı inkişaf "ikinci Bakı"da uğurla davam etdirilir", - deyə rektor bildirdi. Plenar iclas çərçivəsində forum iştirakçıları kadr hazırlığı üzrə Milli Fondun icraçı direktorunun müavini Marina Barışnikovanın, Cənub Universitetinin rektoru İmran Əkbərovun, M.Akmulla adına Başqırd Dövlət Pedaqoji Universitetinin rektoru Rail Əsədullinin və digər nüməyəndələrin hesabatları dinlənildi.

İclasda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru prof. Mustafa Babanlı, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru prof. İradə Əliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Nərgiz Abdullayeva və digərləri çıxış etdilər.

Növbəti görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstan və Azərbaycan ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olundu. Sonra assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalandı.

Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış oldu. Daha sonra Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirildi.

Qeyd edək ki, forumda Azərbaycandan 16, Rusiyadan 34 ali məktəbin nümayəndələri iştirak edirdi.

Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri olan SDU-nun nümayəndə heyəti rektor prof. Elxan Hüseynovun rəhbərliyi ilə geniş tərkibdə forumda iştirak etmişdir: tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.Natiq Talıbov, Elm və İnnovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Fizika və elektroenergetika fakültəsinin dekanı dos.Tamella Əhmədova. SDU-nun belə geniş tərkibdə təqdim olunmasında məqsəd yalnız forumda iştirak etmək deyildi. Onlar həm də Ufa şəhərində fəaliyyət göstərən ali məktəblərdə təhsilin, elmin təşkili və universitetlərin maddi-texniki bazaları, tələbə elmi-sənaye parklarında işin təşkili ilə daha yaxından tanış olmuş, gələcəkdə qarşılıqlı əməkdaşlıq istiqamətlərini dəqiqləşdirmişlər.

Başqırdıstan Respublikasının rəhbəri Rüstem Xamitov Azərbaycan nümayəndə heyətini qəbul etdi və ölkəsində görməyindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, ölkələrimiz dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük uğurlara imza atıb, bu görüşün keçirilməsi də ölkələrimiz arasında elm və təhsilin, ikitərəfli əlaqələrin inkişafına böyük təkan olacağını vurğuladı.

Şəkillər
Video
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az