Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə 28 May – Respublika günü qeyd edildi
Yerləşdirilmə tarixi : 26 May 2017 16:01
Universitetdə 28 May – Respublika günü qeyd edildi
Tarix yaratmaq onun altun səhifəsinə öz adını yazmaq hər bir xalqa nəsib olmur. Ötən əsrin əvvəlində Azərbaycan xalqı belə bir uğura imza atdı. Mayın 26-da Sumqayıt Dövlət Universitetində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə əlaqədar tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə universitetin rektoru prof. Elxan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açdı. Bildirdi ki, Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, milli dövlətçilik tariximizin ən yadda qalan mərhələlərindən biridir. Azərbaycanın iki yerə bölünməsi və  dövlətçiliyimizin itirilməsini şərtləndirən 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri belə, xalqımızın azadlıq uğrunda mübarizəsini dayandırmadı, əksinə, xalqımız yeni üsul və metodlarla mübarizəyə başladı.1828-ci ildən 1918-ci ilədək davam edən 90 illik mübarizə öz məntiqi nəticəsini 1918-ci il mayın 28-də Azərbaycan xalqının XX əsrin əvvələrində öz demokratik dövlətini qurması ilə nəticələndi. Bu illər ərzində əhalinin təhsilə cəlb edilməsi və maarifləndirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq, xalqımız azadlıq uğrunda mübarizə amalından  bir addım belə geri çəkilmədi. Azərbaycan xalqı 70 il  sovet sosialist sistemi şəraitində yaşadı, böyük iradə və yüksək ictimai şüur  nümayiş etdirərək, minlərlə şəhid verərək yalnız 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi bərpa etdi. Təbii ki, ikinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və, beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı, müstəqilliyimiz əbədi və dönməz oldu. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası özünün inkişaf dövrünü yaşayır. Biz də Prezident cənab İlham Əliyev ətrafında birləşərək  dövlət müstəqilliyimizi, respublikamızı göz bəbəyi kimi qorumalıyıq.
Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “Azərbaycan Demokratik Respublikasının tarixdə yeri”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Bəhram Məmmədli “Azərbaycan xalq Cümhuriyyətinin xarici siyasəti”, Pedaqogika və psixologiya kafedrasının müdiri dos. Aytəkin Məmmədova “ADR-in maarif və mədəniyyət sahəsində fəaliyyəti”, Azərbaycan tarixi kafedrasının müəllimi Pərviz Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin erməni daşnaklarına qarşı mübarizəsi” mövzularında çıxış edərək müsəlman Şərqində ilk demokratik cümhuriyyətin Azərbaycanda yaranmasının tarixi və siyasi aspektlərindən, çətin və şərəfli yolundan, xalq cümhuriyyətinin süquta uğramasının səbəblərindən danışdılar. Bildirdilər ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, ölkədə təhsil, səhiyyə, iqtisadiyyat sahələrində bir çox uğurlar qazanıldı. Həmin dövlətin siyasi varisi olan müstəqil Azərbaycan Respublikası sürətlə inkişaf edir və beynəlxalq aləmə inteqrasiya olunur. Müstəqilliyimizin yenidən bərpası və qorunub saxlanması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin təntənə ilə qeyd olunması Prezident cənab İlham Əliyevin xalqımızın tarixi keçmişinə, bugününə və gələcəyinə çox hörmətlə yanaşmasının göstəricisidir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az