Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzinin  kollektivinin gərgin əməyi sayəsində   müvəffəqiyyətlə addımlamaqda davam edir. Mərkəzin müəllim və tələbə  heyəti daha bir uğura imza atmaqla 2014-cü ilə yekun vurdu. 
Universitetimizdə Ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuş 112 tələbənin qatıldığı “Ən yaxşı inşa” müsabiqəsində  məhz mərkəzin yetirməsi  məzun Güner   Naciye  Mehmet qızı 3-cü yerə  layiq   görülmüşdür. Universitetimizin rektoru Elxan Hüseynov Dünya  Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş tədbirdə  qalib olan tələbələri, o cümlədən Güner Naciye Mehmet qızını bu münasibətlə  təbrik etdi və fəxri fərmanla mükafatlandırdı. 
Əməkdaşımız Naciye  Mehmetin uğurunu  paylaşan kollektivə qatılaraq onun  sevincini  bölüşdü. Məhz 112 azərbaycanlı  tələbə içərisində 3-cü yerə layiq görülməsi ilə   qürur hissi keçirdiyini bildirən Türkiyə Respublikasının vətəndaşı Naciye  Mehmet qazandığı uğura görə Azərbaycan dilinin qrammatikasını ona mənimsədən  Leyla Əliyevaya, rabitəli nitq verdişlərini   ona aşılayan və bu müsabiqəyə qatılmaqda yaxından dəstək olan Ceyhunə  Hüseynovaya dərin təşəkkürünü bildirdi. O, SDU-ya 2006-2011-ci ildə məzun olmuş  qardaşı Güner Murat Mehmetin təklifi ilə gəlsə də bu gün universitetdəki  təhsilin  keyfiyyətindən, kollektivin  diqqət və qayğısından məmnun qaldığını söylədi. Naciye türk adını daşıyan  həmyaşıdlarına müraciətlə Atamız Heydərin, Babamız  Atatürkün Böyük Turan idealogiyasını, “iki  dövlət, bir millət” prinsipini şüar edərək onların bizlərə ərmağan etdiyi  müsəqil dövlətimizi qorumağa və Prezidentimizin ətrafında sıx birləşməyə  səslədi.
Mətbuat xidməti