Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın sonuncu iclası keçirildi
Yerləşdirilmə tarixi : 13 İyul 2017 12:21
Elmi Şuranın sonuncu iclası keçirildi

İyulun 12-də Elmi Şuranın 2016-2017-ci tədris ilinin sonuncu iclası keçirildi. Universitetin rektoru prof. Elxan Hüseynov Şura üzvlərini salamladı, gündəlikdə duran məsələlərə keçməzdən öncə universitetimiz üçün ağır itki olan Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, prof. Firudin Məmmədovun, Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri prof. Həmid Alıyevin, Kimya və biologiya fakültəsinin Ümumi və qeyri–üzvi kimya kafedrasının baş müəllimi Süleyman Babayevin, Fizika və elektroenergetika fakültəsinin dosenti Xəlifə Mustafayevin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Rektor iclasın gündəliyinə əsasən 2016-2017-ci tədris ilinin ümumi yekunları haqqında çıxış etdi, əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etdi, ölkəmizdə Prezident cənab İlham Əliyevin təhsilə göstərdiyi dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışaraq qeyd etdi ki, bu sahədə görülən tədbirlər Sumqayıt Dövlət Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetin maddi-texniki bazası təkmilləşdirilərək, tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılıb. Rektor təhsil naziri cənab Mikayıl Cabbarova akademik borcu olan tələbələrə güzəşt edilməsi ilə bağlı verdiyi əmrə görə təşəkkürünü bildirdi. Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilən Elm və İnnovasiyalar üzrə prorektor Ramazan Məmmədova professor elmi adı, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Avtandil Məmmədova filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaları münasibətilə kollektiv adından təbrik etdi, onlara elmi - pedaqoji fəaliyyətlərində uğurlar arzuladı. Tədris Metodik Mərkəzin direktoru dos. İsabal Qurbanov bakalavr səviyyəsi üzrə yaz semestrinin imtahan sessiyasının, IV kurs tələbələrinin Dövlət attestasiyasının nəticələri barədə geniş məlumat verərək ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırdı, həmçinin yay imtahan sessiyasına hazırlığı bərədə məruzə ilə çıxış etdi. Doktorantura və magistratura şöbəsinin müdiri dos. Sabir Xəlilovun magistratura səviyyəsində yaz semestrinin imtahan sessiyasının və magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə hesabatı dinlənildi. Rektor prof. Elxan Hüseynov SDU-nun 2017-2018-ci tədris ilinə hazırlığı barədə geniş məruzə ilə çıxış edərək göstəriş və təkliflərini verdi. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.Natiq Talıbov akademik borcu yaranmış tələbəyə, həmin fənndən təkrar imtahan vermək üzrə şərait yaradılması nəzərdə tutulan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 257 saylı,14 iyun 2017-ci il tarixli qərarın icrası barədə Şura üzvlərinə məlumat verdi. Cari məsələlərin müzakirəsi zamanı Elmi katib prof. Muxtar Səmədov Elmi Şuranın qərarlarının yerinə yetirilməsi və 2017/2018-ci tədris ili üçün Elmi Şuranın iş planının təsdiqi barədə məlumat verdi. Yekunda müzakirə olunan məsələlər səsverməyə qoyuldu və açıq səsvermə yolu ilə qərar qəbul olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az