Məlumat
Xəbər verdiyimiz kimi avqustun 5-də Sumqayıt Dövlət Universitetinin yataqxanasında yanğın hadisəsi baş vermişdir. Xoşbəxtlikdən hadisə zamanı çiddi xəsarət alan olmayıb.
Yanğının söndürülməsi istiqamətində FHN-nin əməkdaları işə cəlb olunmuşdur.Məlumat ücün bildirək ki, yataqxanada 1993-cü ildən qaçqın və məcburi köckünlər məskunlaşmışdır. Hal-hazırda Sumqayıt Dövlət Universitetinin heç bir tələbəsi yataqxanada yaşamır.