Sumqayıt Dövlət Universitetinin  Ritorika Universal Klubu "Reduco" Tədris Mərkəzinin təşkilati dəstəyi  ilə "20 Yanvar həqiqətlərini İctimaiyyətə 5 dildə çatdırırıq" adlı  tədbir təşkil etdi.
Gəncləri  maarifləndirmək və onların intellektual inkişafını təmin etmək üçün müxtəlif  layihələri ilə diqqət mərkəzində olan Ritorika Universal Klubunun komandası bu  dəfə öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün bir araya gəldilər. 
Ritorika Universal Klubunun  "Reduco" Tədris Mərkəzində təşkil etdiyi "20 Yanvar həqiqətlərini  ictimaiyyətə 5 dildə çatdırırıq" adlı tədbirində Sumqayıt şəhər İdman və  Baş İdarəsinin Gənclərlə İş sektorunun Baş məsləhətçisi Ceyhun Hüseynov, Sumqayıt  Dövlət Universitetinin tələbələri, "Reduco" tədris mərkəzinin nümayəndələri  və Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Afət xanım və həmin kollecin tələbələri  iştirak etdilər. 
Tədbirdə Ritorika Universal  Klubunun sədri, SDU-nun Kimya və Biologiya fakültəsinin IV kurs tələbəsi Arzu Nəbizadə,  sədr müavini, Tarix fakültəsinin tələbəsi Elvin Gülməmmədov, komanda üzvləri-  Kimya və Biologiya fakültəsinin II kurs tələbəsi İshaq Mahmudov, Tarix fakültəsinin  I kurs tələbəsi İsmayıl Faxtıyev və Sumqayıt Texniki Kollecin IV kurs tələbəsi  Nərgiz Bağırova azərbaycan dilində, İdarə Heyətinin üzvlərindən SDU-nun  İqtisadiyyat və İdarəetmə fakültəsinin IV kurs tələbəsi Zaur Quliyev və Kimya və  Biologiya fakültəsinin IV kurs tələbəsi Pərvin Qocayeva ingilis, rus və ərəb  dillərində, komanda üzvü Kimya və Biologiya Fakultəsinin II kurs tələbəsi Aynurə  Fərhadova isə alman dilində çıxış edərək 20 Yanvar həqiqətlərindən danışdılar.
Sonda tədbirin fəxri  qonaqları Ceyhun Hüseynov və Afət xanım belə tədbirlərin gənclər tərəfindən təşkil  edilməsinin təqdirəlayiq təşəbbüs olduğunu vurğuladılar və gənclərə bu işlərində  uğurlar arzuladılar.
Qeyd  edək ki, bu tədbir Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzi  ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi ilk tədbirdir.
Mətbuat xidməti