Yanvarın 28-də  SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura  üzvlərini salamladı, SDU-nun son zamanlar əldə etdiyi uğurlarından, nailiyyətlərindən  danışdı. 
  Öncə sədr Elxan Hüseynov Neft kimyası və kimya texnologiyası  kafedrasının müəlliməsi Pəri Turabxan qızı Şahtaxtinskayanı dosent diplomu  alması münasibəti ilə təbrik  etdi. 
  Elmi hissənin  müdiri, dosent Anar Namazov 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin  hesabatını slayd vasitəsilə təqdim etdi.
  Elm və  innovasiyalar üzrə prorektor, professor   Ramazan Məmmədov  son zamanlar  universitetimizin pedaqoji kadrlarının elmi fəaliyyətlərində məsuliyyətlərinin  artırılması istiqamətində görülən işlərdən danışdı.  Qeyd etdi ki, SDU-da nəşr olunan Elmi xəbərlər  jurnalının nəfis tərtibatı artıq bir çox universitetlərin ziyalılarının diqqətini  cəlb edib və elmi məqalələrini jurnalımızda dərc etmək üçün müraciət edirlər.  Bu da bizim üçün yaxşı göstəricidir.
  Humanitar məsələlər  üzrə prorektor, dosent Nizami Namazov Universitetdə keçirilmiş ictimai-siyasi tədbirlər  haqqında ətraflı məlumat verdi. 
  Rektor Elxan  Hüseynov prorektor, dosent Nizami Namazov və dosent Anar Namazovun il ərzində  gördükləri işlərdən  və hesabatlarından  razı qaldı və onlara öz təşəkkürünü bildirdi.
  Elmi katib,  dosent Aqil Hüseynov Elmi Şuranın qərarlarının yerinə yetirilməsi barədə iclas  iştirakçılarına məruzə ilə çıxış  etdi.
  Qarşıda duran  cari məsələlərin müzakirəsi zamanı Sədr qərara aldı ki, tarix boyu ermənilərin  xalqımıza qarşı törətdiyi cinayətləri, dədə-baba yurdlarımızın, tarixi abidələrimizin  ermənilər tərəfindən qəsb olunmasını gənc nəslin yaddaşına həkk etdirmək  üçün görkəmli ziyalılarımızın qələmə aldığı tarixi  araşdırmaları universitetimizin  saytında  yerləşdirilsin.
  Sədr Elxan Hüseynov iclasda universitetimizdə  keçiriləcək konfransların yüksək səviyyədə təşkil olunması üçün göstəriş verdi.
Sonda gündəlikdə duran qərarlar yekdilliklə qəbul  edildi.
Mətbuat xidməti