Sentyabrın 27-dəElmi Şuranın 2017–2018-ci tədris ili üçün ilk iclası keçirildi.Rektor prof. Elxan Hüseynov iclası açaraq şura üzvlərini və onların simasında bütün kollektivi yeni tədris ili münasibətilə təbrik etdi, elmi pedoqoji fəaliyyətlərində uğurlar arzuladı.
Sonra gündəlikdə duran məsələlər müzakirə olundu. Yeni tədris ili üçün universitetə bakalavr səviyyəsi üzrə tələbə qəbulunun nəticələri və Kredit sistemi üzrə təhsil alan tələbələrin yay semestrinin və Nazirlər Kabinetinin Qərarı ilə (14.06.2017, №257) iki fəndən akademik borcun ləğv edilməsinə yaradılan şəraitin nəticələri barədəTədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.Natiq Talıbov məlumat verərək qeyd etdi ki, 2017-2018-ci tədris ilində ali təhsilin bakalavrsəviyyəsi üzrə tələbə qəbulu yüksək səviyyədə olmuşdur. Ümumiyyətlə, son üç ildə universitetə tələbə qəbulu müsbət dinamika ilə inkişaf etmişdir. Sonra qeyd olundu ki, Nazirlər Kabinetinin Qərarı ilə (14.06.2017, №257) iki fəndən akademik borcun ləğv edilməsinə icazə verilməsi tədrisin səmərəliliyinin yüksəldilməsini təmin etmiş və tələbələrə hər semestrdə fənni təkrar dinləmədən ümumilikdə iki fənn üzrə(hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmələrinə şərait yaradılmışdır.
Doktorantura və magistratura şöbəsinin müdiri dos. Sabir Xəlilov məruzəsində bildirdi ki, 2017–2018-ci tədris ili üçün SDU-ya magistratura səviyyəsi üzrə qəbul yüksək səviyyədə olmuşdur. Bir çox universitetlərin bakalavr pilləsinin məzunları da magistratura təhsilini SDU-da davam etdirmişlər.
Sumqayıt Dövlət Texniki Kollecinə tələbə qəbulunun vəziyyəti barədədirektor dos. Mətanət Pirquliyeva məlumat verdi. Qeyd olundu ki, cari tədris ilində SDTK-ya bütün ixtisaslar üzrə tələbə qəbulu yüksək səviyyədə olmuşdur ki, bu da qəbul planının 96 faizini təşkil edir.
Sonra rektorprof.Elxan Hüseynov universitetin inkişaf perspektivləri vəqarşıda duran vəzifələr barədə proqram xarakterli çıxış etdi. Rektor inkişaf perspektivlərini yaxın və uzaq perspektivlər olmaqla iki mərhələyə ayırdı. O, ilk növbədə, yaşlı nəsli əvəz edə biləcək müəllim, alim potensialını möhkəmlətmək, gənc mütəxəssislərin sırasında məqsədli düşünülmüş, planlı şəkildə kadr hazırlamaq işinin prioritet məsələ kimi, bütün Elmi Şura üzvləri qarşısında vəzifə olduğunu vurğuladı. Qeydetdi ki, son üç ildə bir çox gənclərə etimad göstərilib və dərs yükü verilib, onlardan bəziləri tamştat müəllim kimi qəbul olunub, bir çoxlarına isə saathesabı dərs yükü verilib. Bu ənənə bundan sonra da davam etdiriləcək. Qeyd etdi ki, perspektivli gənclərin daha mükəmməl formalaşması üçün onlara daim kömək etmək lazımdır. Bu məqsədlə təcrübəli və yüksək intellektli müəllimlər gənc müəllimlərə məsləhət, tövsiyə verməli, məharət dərsləri keçməli bir sözlə, gənclərin mükəmməl formalaşmasını təmin etməlidilər. Rektor onu da vurğuladı ki, bu il elmlər doktoru proqramı üzrə 7 nəfər qəbul olunmuşdur, həmin doktorantlar doktorluq dissertasiyalarıbarədə hər il hesabat verməli və dissertasiyalarını vaxtında hazırlamalıdırlar. Hazırda fəlsəfə doktorlarının hazırlanması üzrə proqram uğurla aparılır. Ümmiyyətlə, qəbuldan sonra doktorantların fəaliyyəti, attestasiyası və dissertasiya işlərinin vaxtında müdafiəsi üçün nəzarət və tələbkarlıq aparılmalıdır. Perspektiv planda müdafiə şuralarının yaradılması nəzərdə tutulmuşdur.
Beynəlxalq layihələrin yerinə yetirlməsi və yeni layihələr haqqında Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri dos. Turqay Hüseynov məlumat verdi. Sonra tədris vəsaitlərinə nəşr hüququ(qrif) verilməsi, fənn proqramları və sillabusların təsdiqi barədə elmi katib prof. Muxtar Səmədov məlumat verdi. Qeyd olundu ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya təqdim olunan tədris vəsaitləri universitetin Redaksiya və nəşriyyat şurasının uyğun bölmələrində baxılıb və ekspert rəyi ilə Elmi Şuraya tövsiyə olunub.
İclasın sonunda müzakirə olunan bütün məsələlərin qərarları səsvermə yolu ilə qəbul edildi.
Mətbuat xidməti