Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqının  təşkilatçılığı ilə "2 fevral-Respublika Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi. 
Universitetin rəhbərliyi və  tələbələr foyedə ucaldılmış Ulu Ündərin abidəsi  önünə gül dəstələri düzdülər.
“Gənclər günü”nə həsr olunmuş bayram şənliyi  universitetin “Gənclik” kafesində davam etdirildi.
Əvvəlcə Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayev gəncləri  bayram münasibətilə təbrik etdi.    Bildirdi ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan  qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda günü-gündən artmaqdadır.  Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürü   kimi fevral ayının 2-i respublikamızda “Azərbaycan Gəncləri günü” elan  olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın  gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa  ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmışdır. Bu  baxımdan da Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov  davamlı olaraq  gənclərə diqqət və qayğısını əsirgəmir və  biz gəncləri qazandığımız uğurlara görə  mükafatlandırır. Nemət İbayev gənclər üçün yaradılan şəraitə görə universitetin  rəhbərliyinə minnətdarlığını bildirdi.
Universitetin  Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov vurğuladı ki, Gənclər Gününün, eləcə də Azərbaycanda gənclər siyasətinin banisi, bütün  həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş ümummilli lider   Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləmiş, dəfələrlə qeyd  etmişdi  ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Respublikaya  rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam əqidəli  gəncliyin, bu  dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə  xüsusi diqqət  yetirirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin  davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün  öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və  peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli  istiqamətində böyük işlər görür. 2007-ci  ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu.  2011-ci  ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət  Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial  problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.  Bu gün  Sumqayıt Dövlət Universiteti daim gənclər siyasətini dəstəkləyir və bu dəstək universitetin  tələbələrinin həyatında mühüm rol oynayır. 
Tarix və coğrafiya fakültəsinin  Həmkarlar İttifaqının sədri  Vaqifli  Fərid 
Azərbaycan  gəncliyi ictimai həyatın bütün istiqamətlərində aktiv fəaliyyəti ilə  seçildiyini  və  siyasi, iqtisadi, humanitar, sosial  tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını söylədi. Qeyd etdi ki, bugünün gənci Azərbaycan  həqiqətlərini dünyaya  tanıdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın simasında  Azərbaycan gəncləridir.
Tədbirdə  ictimai işlərdə fəal xidmət göstərdiyinə görə Vaqifli  Fərid, Səmədli Nurlan, Niftalızadə Nərmin, Həsənli Mirşamxal Fəxri Fərmanla  təltif olundular. 
Bayram  şənliyi  Ruhiyyə Əhmədovanın rəhbərliyi  altında “Səma” rəqs  qrupunun  və “Bəyaz” instrumental  ansamblının ifasında maraqlı musiqi və rəqs nömrələri ilə davam etdirildi.
Mətbuat xidməti