Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Spartakiada tələbələrin idmana marağını nümayiş etdirdi
Yerləşdirilmə tarixi : 10 Oktyabr 2017 15:07
Spartakiada tələbələrin idmana marağını nümayiş etdirdi

Elxan Hüseynov:Azərbaycan beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasındadır
Sağlam bədəndə sağlam ruh olar. Necə ki, bütün uğurların mayasında ruh yüksəliyi dayanır. Bunu nəzərə alan universitet rəhbərliyi bu sahənin inkişafına xüsusi diqqət ayırır. Oktyabrın 10-da Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş idmanın 6 növü ( mini-futbol, dama, voleybol, stolüstü tennis, atıcılıq, badminton) üzrə spartakiadaya start verildi.
Sonra Azərbaycanın dövlət himni səsləndi.
Universitetin rektoru prof. Elxan Hüseynov yarışı açıq elan edərək bildirdi ki,  sağlam həyat tərzinə və idmana marağın artması istiqamətində gerçəkləşən layihə təkcə fiziki sağlamlıq üçün deyil, həm də gənclərin mənəvi tərbiyəsi, onları vətənpərvərlik ruhunda yetişdirilməsi üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə idman siyasətinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.     
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini,iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardandır.  Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Rektor prof.Elxan Hüseynov qeyd etdi ki,  Azərbaycan beynəlxalq səviyyəli mötəbər yarışların təşkilində yüksək təcrübəyə malik ölkələr sırasındadır. İndiyədək paytaxtımızda Avropa və dünya çempionatları, Dünya kuboku yarışları yüksək səviyyədə keçirilir.
Təhsil Nazirliyi də dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılan idmanın yeniyetmə və gənclər arasında kütləviliyini artırmaq, onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirmələri üçün bu sahəyə xüsusi diqqət ayırır. İdmanla bağlı bir çox təşkilatlarla əməkdaşlıq edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər, reallaşdırdığı tədbirlər olduqca təqdirəlayiqdir. Cənab Mikayıl Cabbarovun Azərbaycan Badminton və Qılıncoynatma Federasiyalarının prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın bu növünün inkişafı və kütləviliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilir.  
Bu gün Sumqayıt Dövlət Universitetində siz tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə Böyük idman zalı əsaslı təmir olunmuş, universitetin həyətində şahmat lövhəsi inşa edilmiş, tennis və voleybol meydançaları, stolüstü oyunlar üçün köşklər qurulmuşdur. Hazırda idman klubumuzda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama və sağlamlıq qrupları yaradılmışdır. Yaxın günlərdə velosiped və qılıncoynatma idman növünün yaradılması istiqamətində işlər aparılacaq. Ölkə başçısının "Sağlam və güclü gəncləri olan ölkə hər şeyə qadirdir” ifadəsi bu gün gənc nəslimizin şüarına çevrilməlidir.
Rektor çıxışının sonunda mübarizə aparan komandalara uğurlar arzuladı.
Spartakiada “Səma” rəqs qrupunun və  tələbələrin özfəaliyyət proqramı ilə davam etdi.
Sonra mini – futbol üzrə keçirilən ilk oyunda SDU-nun Kimya və biologiya fakültəsi Sumqayıt Dövlət Texniki Kollecin komandaları qarşılaşdı. Görüşdə kollecin tələbələri 3:1 hesabı ilə, Fizika və elektroenergetika fakültəsinin komandası İqtisadiyyat və idarəetmə fakültəsinin komandası üz-üzə gələrək 2:1 hesabı ilə, Tarix və coğrafiya fakültəsinin komandası Riyaziyyat fakültəsinin komandasını 6:3, Filologiya fakültəsi isə Mühəndislik fakültəsinə 4:2 hesabı ilə qalib gəldilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az