Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İnformasiya texnologiyaları üzrə Tələbə olimpiadası keçirildi
Yerləşdirilmə tarixi : 21 Oktyabr 2017 14:18
İnformasiya texnologiyaları üzrə Tələbə olimpiadası keçirildi

Oktyabrın 21-də  universitetin 55 illik yubileyi ilə əlaqədar olaraq  İnformasiya texnologiyaları üzrə Tələbə olimpiadası keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev açaraq bildirdi ki, Sumqayıt Dövlət Universiteti yaxın günlərdə 55 illik yubileyini qeyd edəcək. Bu məqsədlə universitetimizdə silsilə tədbirlər, görüşlər, olimpiada, spartakiada  və konfranslar keçirilir.   
Bu da təhsilin keyfiyyətinin yüksəldilməsinə  öz müsbət təsirini göstərir. Respublikamızın Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Son  zamanlar ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində  mühüm işlər görülür. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, regionları da əhatə edir. Sumqayıt şəhərinin, eyni zamanda regionun yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində  əmək bazarına cavab verən, rəqabətqabiliyyətli yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu layihələr gerçəkləşir. Universitetimizdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə olunur. XXI əsr informasiya-kommunikasiya texnologiyaları əsri olduğundan, müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Bu istiqamətdə  universitetimizin bütün auditoriya və laboratoriyaları, Elmi kitabxana,  kabinet və mərkəzləri ən müasir avadanlıqlarla və İKT ilə təchiz olunmuşdur. İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədilə görülən işlərin daha mütəşəkkil formada həyata keçirilməsini və müasir çağırışlara cavab verməsini tələb edir. Məhz buna görə də gənclərin maraqlarının təmin edilməsi və iqtisadi-siyasi, sosial-ictimai proseslərdə gənclərin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılması zəruridir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartlar səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri oldu.          
Prorektor onu da vurğuladı ki,  bu istiqamətdə Sumqayıt Dövlət Universitetində elektron idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Burada tədris, kadrlar, sənəd dövriyyəsi, elektron kitabxana, mühasibatlıq və digər sahələr bir elektron sistemdən idarə olunur. Tələbələrin qeydiyyat prosesi tam elektronlaşdırılıb. Təhsil Nazirinin Kredit sistemi ilə bağlı verdiyi əmrə uyğun olaraq  sistemdə yeniliklər edilib, Full time və Part time təhsil formaları nəzərə alınıb, tələbə biletləri yeni elektron formada hazırlanaraq üzərində QR kod yerləşdirilib. Kod vasitəsi ilə tələbələr qiymət, əmr və ödənişlər, bir sözlə universitetlə bağlı bütün məlumatlarla tanış ola bilirlər. 
Bu gün universitetimizin maddi-texniki bazasının möhkəmləndirilməsində, strukturunun müasir tələblərə uyğun olaraq formalaşmasında, elmi-pedaqoji kadr potensialının düzgün yerləşdirilmə¬sində, respublika və xarici ölkələrin ali təhsil və elm ocaqları ilə əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində, tələbələrin təhsilə və elmə maraqlarının artmasında rektor professor Elxan Hüseynovun xüsusi xidmətləri var. O,   bu addımı ilə təkcə universitetin kadr potensialının möhkəmlənməsinə, bir sıra sumqayıtlı gəncin işlə təmin olunmasına şərait yaratmır. Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində görülən möhtəşəm işlərə öz töhfəsini verir. İnanıram ki, bu gün universitetin 55 illik yubileyinə həsr olunmuş İnformasiya Texnologiyaları üzrə Tələbə olimpiadasının keçirilməsi tələbələr arasında böyük stimul yaradacaq, ölkəmizin və universitetin kadr potensialının hazırlanmasına öz müsbət təsirini göstərəcək. Olimpiada da yüksək nəticə göstərən tələbələr universitetin rəhbərliyi tərəfindən işlə təmin olunacaq. 
Sonra olimpiadaya start verildi. Qeyd edək ki, olimpiada iki mərhələdən və 50+2 sualdan ibarətdir. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az