Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə doktoranturanı bitirmiş, lakin dissertasiya müdafiə etməmiş doktorant və dissertantlarla görüş keçirildi
Yerləşdirilmə tarixi : 28 Oktyabr 2017 14:30
Universitetdə doktoranturanı bitirmiş, lakin dissertasiya müdafiə etməmiş doktorant və dissertantlarla görüş keçirildi

Oktyabrın 28-də universitetin rektoru, prorektor, doktorant və dissertantların elmi rəhbərlərinin iştirakı ilə doktoranturanı bitirmiş, lakin dissertasiya müdafiə etməmiş doktorant və dissertantlarla görüş keçirildi.
Görüşdə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov SDU-da doktorantura səviyyəsini bitirmiş (1987-2016-cı illər), lakin dissertasiya müdafiə etməmiş məzunlar haqqında rektora hesabat verərək qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti üzrə dissertasiya mövzusu təsdiq olunmuş, lakin dissertasiya müdafiə etməmiş 217 nəfər doktorant və dissertant var. Bunlardan 18 ixtisas üzrə 90 nəfər tədqiqatçı hal-hazırda doktorantura səviyyəsində təhsil alır. Bu 90 nəfərdən fəlsəfə doktoru proqramı üzrə 8 nəfər doktoranturada, əyani 39 nəfər, qiyabi 36 nəfər dissertanturada təhsillərini davam etdirirlər. Elmlər doktoru proqramı üzrə 7 nəfər o cümlədən 3 nəfər qiyabi doktoranturada və 4 nəfər dissertanturada elmi-tədqiqat işləri aparırlar. Qalan 137 nəfər tədqiqatçı doktorantura səviyyəsini bitirmiş və məzun olmuşdur. Bu 137 nəfərin 59 nəfəri ( və ya 43,0%) Sumqayıt Dövlət Universitetinin əməkdaşlarıdır. Eyni zamanda 17 nəfər əməkdaşımız isə digər elm və təhsil müəssisələrində doktorant və ya dissertant olmuş, lakin dissertasiya işini müdafiə etməmişlər. Beləliklə universitetin 76 nəfər əməkdaşı doktorantura səviyyəsini bitirmiş, lakin dissertasiya müdafiə etməmişlər ki, bu da universitet əməkdaşlarının təxminən 13,0%-ni təşkil edir.
Görüşdə universitetin rektoru professor Elxan Hüseynov qonaqları salamladı və gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəbin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıraraq, ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd etdi. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Təhsil Nazirliyi tərəfindən doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilir: elmi nəşrlərin sayı artırılır, elmi konfranslar təşkil olunur, elmi kitabxana fondları zənginləşdirilir, hər il bütün elm sahələri üzrə doktorantların və gənc tədqiqatçıların respublika elmi konfrans və  müsabiqələr təşkil edilir.  Bütün bunlar gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişafına yeni yol açmaqla bərabər, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasına da bir təkandır. Universitetimizdə də gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində mühüm işlər görülür. Bu sahədə mövcud problemlərin həlli baxımından elmi-tədqiqat əsərlərinin, xüsusən də dissertasiya işlərinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Doktorant və dissertantların tədqiqat mövzuları ilə bağlı tez-tez seminarların dinlənilməsi, təcrübəli alimlərlə görüşlərin təşkili, habelə dissertasiya işlərinin yazılma, xaricdə məqalələrin çapı qaydaları, beynəlxalq konfranslarla bağlı söhbətlərin aparılması gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyasına yol açır. Bu gün universitetimiz maddi-texniki bazasını möhkəmləndirərək, struktur müasir tələblərə uyğun olaraq formalaşır, elmi-pedaqoji kadr potensialının düzgün seçilir. Bakalavriat, magistratura, doktorantura, dissertantura səviyyələrində  müasir ixtisasların seçilməsi, respublika və xarici ölkələrin ali təhsil və elm ocaqları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılır. Boloniya prosesinin tələblərinə uyğun tələbə mobilliyi həyata keçirilir, beynəlxalq əlaqələrimiz genişlənir. Uğurlarımızın davamlı olması və gələcək kadr potensialının formalaşması üçün siz gənclərin üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, bu görüşdən nəticə çıxarıb, qısa zaman ərzində elmi işinizi müdafiə edib, bu elm ocağında layiqli yerinizi tutacaqsınız.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan  Məmmədov çıxış edərək Azərbaycan elminin inkişafı naminə həyata keçirdiyi islahatların başlıca məqsədlərindən biri də gənclərin elmi fəaliyyətinin stimullaşdırması, onların elmin inkişafındakı rolundan söz açdı. Bildirdi ki, gənc alimlərin elmi-tədqiqat işlərinə cəlb olunmasında universitetimizdə münbit şərait yaradılıb.
Sonda rektor doktorant və dissertantlarların, elmi rəhbərlərin fikirlərini dinlədi, öz tövsiyyə və tapşırıqlarını verdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az