Sürətli  dəyişikliklərin baş verdiyi hazırkı dövrdə, cəmiyyətin sosial-iqtisadi  tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, böyük inkişafa  zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsil müəssisəsinin rolu  danılmazdır. Bu gün  ali təhsil, sadəcə,  yüksək səviyyəli mütəxəssis yetişdirmir, o həm də ölkənin insan kapitalını  artırır. İnsan kapitalı dedikdə isə insanın   malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş başa  düşülür.  Bu kapitalın xüsusiyyətləri  kifayət qədər özünəməxsusdur, o bir insana   məxsus olsa da, eyni zamanda cəmiyyətə məxsusdur. Azərbaycan Republikası  Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Biz maddi  dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki  insanın  savadı, biliyi  onun gələcək həyatını müəyyən edir, ölkənin  hərtərəfli inkişafına xidmət edir” fikri bütün təhsil müəssisələrində,  o cümlədən də Sumqayıt Dövlət  Universitetində  uğurla həyata keçirilir.  Buna nümunə olaraq universitetimizdə obyektiv, şəffaf həyata keçirilən qış  imtahan sessiyasınında bakalavriat səviyyəsində 1051  imtahanda – 3639 nəfər tələbə, magistratura  səviyyəsində isə 236 nəfər magistrant 538 imtahanda iştirak etmişdir. 
  İmtahanların uğurla həyata keçirilməsi  üçün universitetdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə  təchiz olunmuş müvafiq infrastruktur yaradılmışdır. SDU-nun 2 tədris binasında  imtahan zalları  hazırlanmışdır. Semestr ərzində  və qış  imtahan sessiyası zamanı toplanılmış ballar tələbələrə yekun qiymət kimi qiymət  kitabçalarında qeyd olunmuşdur. İmtahanlarda üzürlü səbəblərdən iştirak etməyən  tələbələrə 03.02.2014 – 15.02.2014 tarixlərində  imtahan vermələri  üçün, qeyri-kafi qiymət alan tələbələrə isə kredit sisteminin tələblərinə  müvafiq olaraq növbəti tədris ilində və yaxud yay semestrində həmin fənnlər  üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmələri üçün imkan  yaradılacaqdır.
  İmtahanların  şəffaf   keçirilməsini təmin etmək məqsədilə rektorun əmri ilə kodlaşdırıcı  qrup  və müəllim-koordinatorların  siyahısı təsdiq edilmişdir. Hər bir qrupda imtahanın gedişinə iki nəfər müəllim-koordinatorun  nəzarət etməsinə baxmayaraq   universitetin rektoru Elxan Hüseynov şəxsən özü imtahan zamanı auditoriyalarda  imtahanın gedişində iştirak etmiş, tələbələrin imtahanın gedişi ilə bağlı  fikirlərini dinləmiş, xüsusilə fərqlənən tələbələrin gələcəkdə  universitetimizdə peşəkar pedaqoji kadr kimi fəaliyyət göstərmələrinə şərait  yaradılacağını bildirmişdir.
  İmtahan  sessiyası ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə  əsasnaməyə müvafiq olaraq keçirildi. Payız imtahan sessiyasının gedişinə  nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ həll edilməsini   təmin etmək məqsədilə Universitet üzrə  “İnformasiya və kompüter texnikası” kafedrasının müdiri, professor Kazımov  Nadir Məhəmmədəli oğlunun rəhbərliyi ilə Appelyasiya komissiyası yaradılmışdır.  Tələbələr şikayət və təkliflərini hər iki korpusda qoyulmuş qutulara atır və  hər günün sonunda qutular açılaraq şikayət və təkliflər Avropa və Amerika  ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Səlimov  Şirxan Dadaş oğlunun rəhbərlik etdiyi imtahan qərargahında müzakirə edilirdi. 
  Təhsil  Nazirliyinin qaynar xətt telefon nömrələri hər bir mərtəbədə nəzərə çarpan  yerdə divardan asılmışdır. 
  Tələbələrin  yazdıqları imtahan suallarının cavabları kodlaşdırıcı qrup tərəfindən  kodlaşdırılaraq imtahan yazılarını yoxlamaq üçün ayrılmış otaqda fənn müəlimləri  tərəfindən yoxlanılırdı. İmtahan gününün sonunda tələbələrin qiymətləri onların  nəzərinə çatdırılmışdır. 
İmtahan sessiyasının sonunda  tələbələrin fikirlərini dinlənildi. Tələbələr imtahanların obyektiv keçdiyini  bildirməklə yanaşı, imtahanların gedişindən razı qaldıqlarını bildirdilər.
Mətbuat xidməti