Elektron informasiya vasitələrinin imkanlarının genişlənməsi, virtual dünyaya çıxış, mədəniyyətlərin bir-birinə təsiri fonunda beynəlxalq əlaqələrin genişlənməsi Sumqayıt Dövlət Universitetinin də mədəni və ictimai həyatına təsirsiz ötüşmür. Elmin rolunun cəmiyyətin həyatında mühüm amil kimi dəyərləndirən universitet rəhbərliyi Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası üçün dünya ölkələrinin bir çox universitetləri ilə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlığın davamı olaraq Sumqayıt Dövlət Universitetinin Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə Mübadilə Proqramı”na qoşulmasıdır.
Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi İlahə Musayeva “Mövlanə Mübadilə Proqramı” nda iştirak etmək hüququ qazanaraq Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetinə təcrübə mübadiləsinə dəvət olunmuşdur.Gənc alim 16-29 oktyabr tarixlərində proqrama qatılaraq “Oğuz qrupu türk dillərinin söz varlığında düyün töreni ile ilgili sözcükler”, “Türk halklarında isim koyma törenleri”, “ Türk kökenli kelimelerin dünya dillerinde tezahürü”, və s. mövzularda altı dərs və “Ortaq türk dili problemi” mövzusunda geniş seminar keçirmişdir. Seminar çərçivəsində Sumqayıt Dövlət Universitetinin bütün fakültələrinin bukletlərini Beynəlxalq şöbəyə , Tələbə Elmi Cəmiyyətinin və Filologiya fakültəsinin tanıtım çarxını Fen Edəbiyat fakültəsinin rəhbərliyinə təqdim etmiş, təmsil etdiyi universitetin tədris prossesi, elmi tədqiqat işlərinin aparılması və fəaliyyət istiqaməti haqqında məlumat vermişdir.Həmçinin Adnan Menderes Universitetinin Fen Edebiyat fakültəsində tədris olunan bir neçə dərslərin dinləyicisi olmuş, Dos. Dr Hasan Gültekin, Dos. Dr. Yasemin Mumcu, Dos. Dr Caner Işık, Yrd.Dos. Dr. Berna Akyüz Sizgen, Arş. Gör. Mükerrem Kurum və s. müəllim və professor heyəti ilə tanış olmuş, Prof.Dr.Ahmet Nahmedov vəYrd.Doç.Dr Ali İhsan Yapıcı ilə mühazirələri paylaşmışdır. Əməkdaşımız səfər çərçivəsində universitet tələbələrinin hazırladığı layihələrlə tanış olmuş, “İnsan Hak ve Hürriyyetləri”, “Akademik Düşünce ve Eğitim Medeniyyet”, “Folklor”, “ Sosyolojik Açıklamalar”, “Engelsiz Yaşam”, “Uluslararası Öğrenci Topluluğu”və s. Tələbə Birliklərinin fəaliyyətləri ilə tanış olmuş, onlara Sumqayıt Dövlet Universiteti tələbələrinin fəaliyyəti haqqında məlumat vermiş və işlərində müvəffəqiyyətlər diləmişdir.
İlahə Musayeva Adnan Menderes Universitetinin “ Mövlanə Mübadilə Proqramı”nın koordinatoru Öncel Sençerman tərəfindən təqdim olunmuş sertifikatla təltif olunmuşdur.
Mətbuat xidməti