Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyinin kollegiya iclasında bir çox məsələlər müzakirə olundu
Yerləşdirilmə tarixi : 16 Noyabr 2017 11:43
Təhsil Nazirliyinin kollegiya iclasında bir çox məsələlər müzakirə olundu
Təhsil naziri Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovu  təhsilin inkişafindakı xidmətlərinə, ali təhsilli kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə və universitetin 55 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif etdi. 
Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirildi.Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak etdilər.
Təhsil naziri cənab Mikayıl Cabbarov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verdi.
Kollegiya iclasında Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin   təsdiqi barədə məruzə etdi.
Sonra təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması haqqında məlumat verdi.
İclasda Bakı Dövlət Universitetinin rektoru  Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru Yusif  Yusibov rəhbərlik etdikləri ali təhsil müəssisələrinin  tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair  hesabatla çıxış etdilər.
Daha sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar oldu, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirildi.
Təhsil naziri cənab Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirdi.
Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra sənəd təsdiq edildi, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olundu.
İclasda  Sumqayıt Dövlət Universitetinin 55, Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyləri münasibəti ilə rektorlar professor Elxan Hüseynova və Saleh Məhərrəmova Təhsil Nazirliyinin Fəxri fərmanı, həmçinin ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən Xanhüseyn Kazımlıya dövlət təltifi təqdim olundu.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az