Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UDNTU-nun professoru universitetimizdən xoş təəssüratlarla ayrıldı
Yerləşdirilmə tarixi : 22 Noyabr 2017 15:53
UDNTU-nun professoru universitetimizdən xoş təəssüratlarla ayrıldı

Sumqayıt Dövlət Universitetində 7 günlük səfərdə olan Ufa Dövlət Neft Texniki Universitetinin Texnologiya fakültəsinin Neftkimya və kimya texnologiyaları kafedrasının müdiri professor Tatyana Prosoçkina  səfər təəssüratlarını UDNTU-nun mətbuat xidmətinin əməkdaşı ilə bölüşərək qeyd edib ki, Sumqayıt Dövlət Universitetində olduğu müddətdə həftə ərzində tələbələr qarşısında kimya elminin müasir problemlərinə həsr olunmuş “Müasir katalitik elmin əsas inkişaf istiqamətləri”, “Neftkimya və neft emalının nəzəri əsasları”, “UDNTU-nun Neftkimya və kimya texnologiyaları kafedrasının elmi istiqamətləri” mövzularında məruzələrlə çıxış edib. Təmsil etdiyi universitet haqqında geniş məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Universitetin rektoru, Rusiya – Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri professor Elxan Bahadur oğlu Hüseynov nümayəndə heyətimizi qəbul etdi.  Səmimi keçən görüşdə  Azərbaycanın tarixi və universitetin inkişaf planları üzrə bir çox yeni məlumatları əldə etdik. Rektor Sumqayıt Dövlət Universiteti və UDNTU arasında gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, bizim universitet ikitərəfli münasibətləri yalnız sözdə deyil, əməldə də həyata keçirir. Rusiya – Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri professor Ramil Baxtizinin ünvanına xoş sözlər ünvaladı, Elmi Şuranın qərarı ilə UDNTU-nun rektoru Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru elmi adına layiq görüldüyünü söylədi. Professor Elxan Hüseynov görüşdə Azərbaycanın elmi ictimai xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının qurucularından olan akademik Azad  Xəlil oğlu Mirzəcanzadənin elmə verdiyi töhfələrinin yüksək qiymətləndirilməsi və UDNTU-da onun xatirəsinə həsr olunmuş Beynəlxalq elmi konfransın  keçirilməsinə görə minnətdarlığını bildirdi.  Beynəlxalq əlaqələrin  inkişafı və perspektivləri barədə fikir mübadiləsi zamanı o da vurğulandı ki, yaxın vaxtlarda əcnəbi tələbələr üçün yeni yataqxananın istismara verilməsi planlaşdırılır ki, bu da akademik mobillik çərçivəsində tələbələrin fəal şəkildə qəbuluna imkan yaradacaq. Rektor tələbələrimiz üçün ikili diplomların tətbiqi imkanlarını da nəzərə çatdırdı.
Səfər zamanı universitetin Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal  Muradovun müşayiəti ilə professor Tatyana  Prosoçkina və tələbələrin    Sumqayıt Texnologiya Parkına ekskursiyası təşkil olundu. STP-nin tərkibinə daxil olan hər bir zavod yeni Avropa istehsalı olan texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Məhsul istehsalı üçün xammal aparıcı Avropa ölkələrindən idxal olunur. STP-nin ümumi sahəsi 250 ha-dır və gələcəkdə ərazinin genişləndirilməsi nəzərdə tutulur. STP-nin tərkibinə ağır maşınqayırma, pressləmə, texnikiqazlar, sinkləmə, polimer məmulatlar, metal əritmə, kabel, elektrik avadanlıqları, elektron cihazlar, maşınqayırma, günəş kollektorlarının istehsalı, alüminium və mis millər və sendviç panellər zavodları daxildir. UDNTU-nun nümayəndə heyəti  STP-də istehsalata və avadanlıqlara baxış keçirdi. Professor Tatyana  Prosoçkina xoş qarşılanmaya görə rektor professor Elxan  Hüseynova  təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az