Noyabrın 30 –da Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə Pskov Dövlət Universitetinin professoru Vladimir Prокоfyеv Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri üçün seminar keçirdi.
Seminarda Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı prof. Vladimir Prокоfyеv hər gəldiyində SDU-nu daha inkişaf etmiş və müasirləşmiş gördüyünü vurğuladı. O, təmsil etdiyi universitetin tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs etdi. Qeyd etdi ki, son zamanlar Sumqayıt Dövlət Universiteti ilə Pskov Dövlət Universiteti arasındakı qarşılıqlı elmi mübadilə uğurla həyata keçirilir. Beləki, Pskov Dövlət Universitetində keçirilən Gənclər Elmi-Praktiki konfransda tələbələriniz xüsusi fəallıq nünmayiş etdirərək sertifikata layiq görülmüşlər. Ümid edirəm ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dinamik sürətlə inkişaf edəcək.
Seminarda Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov qonağı salamladı, qeyd etdi ki, xarici alimlərin universitetimizə gəlişi artıq ənənə halını alıb. Bu da dünya təcrübəsinin öyrənilməsinə öz müsbət təsirini göstərir. Dekan onu da bildirdi ki, respublikamızda təhsilin səviyyəsini qaldırmaq, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bütün bunlar yüksəkixtisaslı kadrların hazırlanması və respublikamızın elmi-texniki potensilanının gücləndirilməsinə xidmət edir.
Seminarın sonunda professor Vladimir Prокоfyеv müəllimlərlə fikir mübadiləsi apardı.
Mətbuat xidməti